"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sabah”ın futbolçusu Timoteuş Puxaç Polşa millisinin heyətində UEFA Millətlər Liqasının noyabr oyunlarında meydana çıxmamasına münasibət bildirib.
QOL.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Rumıniya (1:2) və İsveçlə (1:1) görüşlərdə ehtiyatda qalmasından məyus olduğunu gizlətməyib.
O, Polşanın “Fakt” nəşrinə açıqlamasında deyib:
“Məyus olmuşam? Bəli. Mən idmançıyam, öz ambisiyalarım var. Nə əsəbiləşirəm, nə də inciyirəm. Sadəcə, işləməyə davam edirəm. Bilirəm ki, ehtiyat oyunçular skamyasından meydana gedən yol çox qısadır. Futbolda vəziyyət sürətlə dəyişir.
Uzun müddət millidə oynamayan Tomek Kendzera gözlənilmədən heyətə düşdü. Bir neçə zədə, müxtəlif vəziyyətlər və sən qəfil meydanda ola bilərsən. Bu dəfə biri oynayır, növbəti dəfə başqası.
Milli komandada ən vacib olan nəticələr və burada olmaqdan duyduğun qürurdur. Amma təbii ki, mən də oynamaq istərdim. İndi klubumda məni vacib oyunlar gözləyir. Millinin növbəti toplanışına qədər vaxt var. Yenidən burada olmaq üçün daim çalışmalıyam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 Noyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















