Icma.az
close
up
RU
Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni nəşrləri ictimaiyyətə təqdim olunub

Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni nəşrləri ictimaiyyətə təqdim olunub

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında ümumrespublika və beynəlxalq səviyyəli konfransların təşkili, elmi simpoziumların keçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli elmi-metodiki dərsliklərin, tərcümə əsərlərinin, monoqrafiyaların nəşri artıq ənənə halını alıb.

Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə gerçəkləşən bu layihələr cəmiyyətimizdə elmi-ədəbi publika tərəfindən yüksək qiymətləndirilməkdədir.

Bu günlərdə Fondun layihələrinin uğurlu nəticəsi kimi işıq üzü görən, respublikamızın tanınmış müəllimi, pedaqoq-alim, şair, tərcüməçi Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş "Ruhlarla danışan adam" məqalələr toplusu; şair Qadir Hüseynovun "Mənim dünyam" şeirlər kitabı; gənc tədqiqatçı Tural Adışirinin "Publisistik və poetik düşüncələr" kitabları Prezident Kitabxanasına, M.F.Axundov adına Milli Kitabxanaya, şəhər və rayon kitabxanalarına və ictimaiyyətə təqdim olunub.

Kitabxanadan bildirilib ki, Vaqif Aslanın 75 illik yubileyinə ərməğan olaraq nəşrə hazırlanan "Ruhlarla danışan adam" kitabının Şəkidə Heydər Əliyev Mərkəzində, Bakıda Azərbaycan Milli Elmlər Akademiyasında təqdimatı keçirilib. Əsasən yubiley təbriklərinin yer aldığı "Vaqif Aslan - 75", "Vaqif Aslan yaradıcılığı haqqında yazılanlar", "Müsahibələr", "Vaqif Aslanın avtobioqrafiyası" fəsillərində bütövləşən, sənətkarın yaradıcılığını müxtəlif aspektlərdən işıqlandıran bu kitab monumental tədqiqat əsərini xatırladır və ədibin elmi-ədəbi-pedaqoji fəaliyyətinə qiymətli töhfədir.

Fondun yeni nəşrlərindən biri də şair Qadir Hüseynovun "Mənim dünyam" şeirlər toplusudur. Kitabda müəllifin Vətənimiz Azərbaycana, Zəfərimizə, Qarabağ fatehi Ali Baş Komandanımıza, Türk dünyasına həsr etdiyi şeirlər xüsusilə diqqət çəkməkdədir.

Fondun gerçəkləşdirdiyi növbəti layihə Şəki ədəbi mühitinin təmsilçisi, gənc tədqiqatçı Tural Adışirinin Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haqqında publisistik məqalələri toplanmış "Publisistik və poetik düşüncələr" kitabıdır.

"Elm və Təhsil" nəşriyyatında səhih dizayn və nəfis tərtibatla işıq üzü görən bu kitablar geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 İyun 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri