Icma.az
close
up
RU
Mahmud Kaşqari adına Beynəlxalq Fond 20 yanvarla bağlı anım tədbiri keçirdi

Mahmud Kaşqari adına Beynəlxalq Fond 20 yanvarla bağlı anım tədbiri keçirdi

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

20 Yanvar faciəsinin 35-ci ildönümündə Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şənbə gecəsinə gedən yol” adlı anım tədbiri keçirilib.

Sfera.az xəbər verir ki, tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, mərkəzin direktoru Lətifə Məmmədova açaraq hadisələrin tarixinə nəzər salıb, 1990-cı ilin 20 yanvarından 2023-ci ilin 20 sentyabrına qədər Azərbaycan xalqının qət etdiyi mübarizə yolundan bəhs edib. Çıxışının sonunda L.Məmmədova “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un rəhbəri, millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə yaradılan və bu gün auditoriyaya təqdim olunan kitab sərgisini və dünya şöhrətli fotoqraf Rza Deqatinin böyük fədakarlıq hesabına çəkdiyi qanlı yanvar gecəsini özündən əks etdirən foto-qalereyanı hadisələri gənc nəslə unutdurmayacaq unikal addım olduğunu söyləyib. Qeyd edək ki, Fondun tərtib etdiyi kitab sərgisində ötən 35 il ərzində Azərbaycanda və ölkə xaricində “Qara yanvar gecəsinə işıq tutan” tarixi-filoloji, nəzəri-publisistik ədəbiyyatlar: “Şəhidlər”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər”, “Qarabağ rüzgarları”, “Qara Yanvar şəhidləri”, “Şəhidlər dastanı”, “Dünyamızın 20 Yanvar faciəsi”, “Nikbin faciə”, “Qara Yanvar dialoqu”, “Qanlı Yanvar”, “Vətən çağırır”, “Azərbaycan faciələrinin təqvimi”, “Azadlıq carçıları”, “Şəhidlərimiz - qürur yerimiz”, “20 Yanvar şəhidləri”, “Ağla qərənfil, ağla”, “Yanvar təlatümü”, “20 Yanvar qan yaddaşımızdır”, “Qan borcu”, “Parçalanmış millətin harayı”, “Vətən”, “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “İstiqlal ulduzları”, “Milli qəhrəmanlar”, “Şəhid idmançılar”, “Bir ölümün acığına”, “Müdaxilə”, “Qara gündəlik”, “Şəhidlər dastanı”, “Mən şahidəm ki...” və digər kitablar yer alıb.

Sərginin vizual və virtual təqdimatından sonra Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin “20 yanvar – Əsarətin son gecəsi” məruzəsi dinlənilib. Cavanşir Feyziyev bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqilliyə gedən yolunda ilk şəhidlər verdiyi unudulmaz bir tarixdir. Millət vəkili 20 yanvar hadisələrinin iştirakçısı kimi, həmin gecə və o ərəfədə Bakıda baş verən hadisələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Cavanşir Feyziyev bu tarixə ikili münasibət bəslədiyini vurğulayaraq deyib: “20 Yanvar tarixi bir tərəfdən, xalqımız üçün hüzn və faciə günüdür. Çünki həmin gecə xalqımız cəsur, fədakar və vətənpərvər oğullarını itirib. Digər tərəfdən, 20 yanvar faciəsi Azərbaycan xalqının milli özünüdərkinə təkan verdi, müstəqil milli dövlətçilik düşüncələrini qətiləşdirdi və bütöv bir xalqı azadlıq mübarizəsinə qaldırdı. Məhz 20 Yanvar faciəsindən dönməz xarakter alan  azadlıq mübarizəsi 1991-ci ildə dövlət müstəqilliyimizn elan olunması ilə nəticələndi.” Cavanşir Feyziyev bildirib ki, bu günkü müstəqilliyimizə gətirən yolun başlanğıcında məhz 20 Yanvar faciəsinin qurbanları dayanır və xalqımız onların xatirəsini hər zaman əziz tutur. Xalqımız öz qəhrəman övladlarını heç vaxt unutmayacaq.

Anım tədbiri Şəhid Qoşqar Ömərov adına məktəbin direktoru  Səlim Məmmədovun, yazıçı Gülzar İbrahimovanın, ədəbiyyatşünas Zemfira Məhərrəmlinin, şəhid analarının, mərkəzin əməkdaşlarının çıxışları və məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyanın təqdimindən sonra Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri