Icma.az
close
up
RU
Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr olunmuş portret filmlər hazırlanır FOTOLAR

Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr olunmuş portret filmlər hazırlanır FOTOLAR

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında 44 günlük Vətən müharibəsində şərəfli yol keçmiş vətən oğullarının döyüş yoluna həsr olunmuş xatirə kitab, “Cəbhə gündəlikləri” memuarı və portret filmlər hazırlanır.
Turkustan.az xəbər verir ki, bu günlərdə həmin layihə əsasında çəkilən Vətən müharibəsi qəhrəmanı Azər Yusiflinin xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyevdir.
Filmin ssenari müəllifi Xəyalə Zərrabqızı, quruluşçu rejissoru Gülnar Səma, səs rejissoru Turanə Allahverdiyeva, təsvir rejissoru isə Səma Muğannadır. Filmin ithaf olunduğu qəhrəman Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin baş giziri Azər Yusifli Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdən başlayaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparmış, azad edilmiş kənd və qəsəbələrimizdə 26 yerdə üçrəngli bayrağımızı ucaltmış, son nəfəsində “Qələbə bizimdir!” nidaları ilə şəhadət məqamına ucalmışdır. Cəbrayıl rayonunun Araz boyu yaşayış məntəqələri — Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən çətin döyüşlərdə, Füzuli, Zəngilan, xüsusilə Xudafərin körpüsünün azad olunması istiqamətində həyata keçirilən hərbi əməliyyatlarda böyük şücaətlər göstərmiş qəhrəmanın Zəngilan İcra Hakimiyyətinin binasına üzərinə üçrəngli bayrağımızı sancdığı, o cümlədən, işğalçı dövlətin xəritəsini, bayrağını, “tarixi abidələri”nin sərgiləndiyi divar kağızlarını ayaqladığı səhnələr də filmdə əks olunub.
Qeyd edək, həmin fraqmentlər döyüş ərəfəsində Zəngilan azad olunarkən Zəngilan məktəblərinin birində lentə alınıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, qəhrəman şəhidin təhsil aldığı Ağstafa rayon Böyük kəsik kənd orta məktəbinə, Ağstafa rayon mərkəzi küçələrindən birinə adı verilmiş, rayon mərkəzində xatirə büstü ucaldılmışdır.
Manevr.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri