Icma.az
close
up
RU
Mahmudovun həbsdəki generalının əmlakına Qafqaz Constraction sahib çıxmaq istəyir

Mahmudovun həbsdəki generalının əmlakına Qafqaz Constraction sahib çıxmaq istəyir

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin müsadirəyə götürülən əmlaklarının hərracdan satılmasına imkan verilmir.

Zərərçəkənlərin ölkə rəhbərliyinə ünvanladıqları məktubdan belə nəticə hasil olur ki, hansasa “gizli əl” müsadirə olunan əmlakların “su qiyməti”nə ələ keçirilməsində maraqlıdır. Məsələnin ən biabırçı tərəfi isə budur ki, müvafiq qurumlar müsadirə olunan əmlakların satılmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tez bir zamanda qarşılanmasına həvəs göstərmirlər. Faktiki olaraq hərəkətsizlik müşahidə olunur. Eyni zamanda müsadirə olunan əmlakların satılmasının elektron hərrac vasitəsi ilə təşkili də belə aydın olur ki, formal xarakter daşıyır. Elektron hərracın işinə də asanlıqla “barmaq” eləməklə nəticəni ləğv edə bilirlər.

Zərərçəkənlərin ölkə rəhbərliyinə ünvanladıqları, surətini Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə göndərdikləri müraciəti təqdim edirik: 

“Mövlam Şıxəliyev və digərlərinin cinayət işləri üzrə 2023-cü ilin mart ayında Nərimanov Rayon İcra Şöbəsinə icra sənədi verilib. İcra sənədinə əsasən Mövlam Şıxəliyevin əmlaklarına zərərçəkmişlərə dəymiş ziyanın qarşılanması üçün tələb yönəldilib. Əmlakların satılması 2024-cü ildə “Külək” MMC-yə həvalə olunmuşdu. Nərimanov Rayon İcra Şöbəsinin 1275-110551/23-15-12 saylı, 08.02.2024-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən daşınmaz əmlakın hərracdan satılması da “Külək” MMC-yə həvalə olunan əmlaklar sırasında idi. Qeyd olunan ünvandakı əmlak (Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanı) bir neçə dəfə hərraca çıxarılsa da, “Külək” MMC rəhbəri Nurlan Həsənli öz maraqlı səviyyəsində əmlakın hərracdan satılmasını əngəllədi. Hətta bir dəfə baş tutmuş hərracdan qalib ayrılmış Cəbrayıl Həsənova hərrac protokolunu vermədi. Bu isə böyük bir qanunsuzluq, vəzifə səlahiyyətlərini aşmaqdır.

2025-ci il, 30 mart tarixində bu dəfə elektron hərrac keçirildi və Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanındakı əmlak hərraca çıxarıldı. Hərrac aprelin 6-da bitməli və əmlak satılmalı, əldə olunan vəsait biz zərərçəkənlərin hesabına köçürülməli idi. Lakin yenə də hərracın pozulmasına yönəlik addımlar atıldı. Bizə verilən məlumata görə bu dəfə hərracın pozulması "Qafqaz Constraction" şirkətinin rəhbərlərinin təşəbbüsü ilə sədr müavini Murad Həsən oğlu Rzayevin birbaşa iştirakı və Prezidentin Təhlükəsizlik Xidmətinin Famil adlı vəzifəli şəxsinin maraqları çərçivəsində baş verib. Sizdən xahiş edərəm ki, elektron hərracın işinin qanunsuz dayandıran şəxslərin kimlikləri araşdırılsın, elektron hərracın işinə qanunsuz müdaxilə edən "Qafqaz Constraction" şirkəti rəhbərlərinin, Murad Rzayevin, Famil adlı Prezidentin Təhlükəsizlik Xidmətinin vəzifəlisinin qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verilsin. Biz zərərçəkənlərin elektron hərracın qanunsuz dayandırılması ilə bağlı məhkəməyə təqdim etdiyimiz müraciətə baxılması da nəzarətə götürülsün”.

Qeyd edək ki, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar. İttihamda göstərilir ki, Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib. 21 sentyabr 2022-ci ildə, iş üzrə Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. 2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsi 2023-cü ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdilər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlakdır. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Baş Prokurorluq da bu qərardan narazı idi, cinayət yolu ilə əldə olunan əmlakların müsadirəsi tələb olunurdu. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. 

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri