Icma.az
close
up
RU
Mahmudovun Neftçi nifrəti Və ya dostum üçün hər şey edərəm

Mahmudovun Neftçi nifrəti Və ya dostum üçün hər şey edərəm

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həə, aldı görək, nə dedi... 

Şaha məlum, amma rəiyyətə məlum olmayan 1-2 məsələ var. Gəlmişəm sirri faş edim. 

"Neftçi", dərdim mənim... Niyə bu halətdədir, hərə bir səbəb guppuldadır. Ay müşahidə şurası, ay məşqçi, menecer, nə bilim, Kamil. Boş-boş söhbətlərdi. "Bəyin oğurlanması"nda rəhmətlik Səməndər nə deyir? Ayə, niyə oynamırsız? Deyim də niyə... 

Əvvəlcə əməkdaşımız İsmayılın daha əvvəlki yazısındakı söhbətə qayıdaq: Qara Qarayev düyünü... Qaranın son 3 məşqçi ilə macərasını qısa şərh edim bilməyənlər üçün. 

Əl birliyi ilə itin yalına soxub çıxartmadığımız Adrian Mutu gəldi, gördü, dedi ki, Qara mənə lazım deyil. Eyvallah. Miodraq bəy Bojoviç müəllim gəldi, gördü, dedi ki, Qara mənə lazım deyil. Eyvallah. Bu dəfə Roman hələ Bakıya təyyarə bileti almamış zəng edib heyət barədə məlumat verdilər, dedilər ki, "Qara da bizdədir". Qriqorçuk dedi həə? Qara "u nas". Əla. Başqa "6 nömrə"yə ehtiyac yoxdur. Kuç da var, Filip də "Qəbələ"dən bildiyim oyunçu, yola verəcəyik. 

Sənətkar gəldi, 1-2 hazırlıq matçı, Qara heyətdə Emin kapitan. 2 oyun sonra rəhbərliyə tələb. Qara sıfır. Təcili yarımmüdafiəyə oyunçu lazımdır (Quzzo gəldi). 

Qara bizim gözümüzün ağı-qarası Eminə dedi ki, "brat, bu nə temadı?". Emin də dedi "narahat olma, brat, qardaşın yoluna qoyacaq. Voobşe Roman kimdir e? Göndərmək 2 vur 2-di". Həə, belə-belə işlər, gizir. 

Təlim-məşq toplanışı bitdi, rəsmi matçlar, gah Emin yerinə Ramildə olan kapitan sarğısı, gah ehtiyat oyunçularda Emin adı, Romanın bu barədə danışmaq istəməməsi. Ən sonda hüzursuzluğu görən rəhbərlik Qaranı çəkdi bir kənara ki, gözəl insan, 1 il müqavilən var, amma görürsən, bilirsən ki, baş məşqçi səni heyətdə düşünmür. Gələ 6 aylıq maaş, özünə klub tap, üzüsulu ayrılaq. 

Qara da gözünə döndüyüm dedi ki, müqaviləm nə qədərdirsə, qalan pulumu qəpiyinə qədər verin, çıxım gedim. İstəyirəm babal yuyum, bu məlumat hansısa mənbədən deyil, təxmindir. Emin Qaraya deyib ki, ayağını dirə, pulunu al, Allah vurmuşdu elə. Yenə deyirəm, təxmindir. Sadəlövh bir təxmin... 

Əlqərəz, bəyənmədiyimiz Melanonun getdiyi kompramisə Qara getmədi. Dedi eybi yox, yeyib, yataram, amma pulumu tam alaram. Çünki dostumuzun hər yerdən əli üzülüb. Rəşad Sadıqov belə zənglərini cavabsız qoyub. Sadıqov hələ "Neftçi"yə getməmişdən öncə Qarayevə "Zirə"yə gəlməsini təklif edib. Qara da söylədi yox, yox, gəldi "ağ-qaralar"a. Rəşad da zəngi açmamaqla mədəni dildə deyib ki, "di get". 

Babal yumağa davam edərək deyim ki, Emin də bir tərəfdən deyib ki, "a kişi, tut pulunu al". Qarayevin hər dara düşəndə "İnstaqram"da kütləyə xitaba hesablanmış paylaşımlarından şəxsən mən bezmişəm. Amma son paylaşımda vurğuladığı ölkə idmanı, futbolu, azərbaycançılıq zad pafosu lap ətimi tökdü. Bunu düşünən adam heç 6 ayın da maaşını götürməyib, "Səbail"ə, "Kəpəz"ə gedərdi. Tələb də var idi. 

Bu mövzu aydındırsa, keçək "Neftçi"nin bu gün düşdüyü vəziyyətin səbəbinə. Səbəb də hamınıza aydındırsa, ki, kamil adamlarsız, keçək məsləhətimə... 

Günü bu gün, tüpürün o pula, Emini də, Qaranı da, Eminin çaldığı havanı oynayan yerli futbolçuların xərcinə də, hamısını göndərin! Hamısını! 

Adam gərək kor olsun ki, bunu başa düşməsin. Komandanı uçuruma sürükləyən, məşqçi torbası tikən bu adamların komandada yeri yoxdur! Romandan yaxşı kimi gətirəcəksiz? Ssenarini də deyim. Gələn həftə "Qarabağ" məğlubiyyətindən sonra Qriqorçuku göndərib, Samir Abasovu gətirmək... Bu ən böyük vizyonsuzluqdur! 3 ay qabaq "flaqman"a "otval" verən adamı gətirin, arası da yaxşıdır, Emini də, Qaranı da salsın 11-ə, nəticə versin. Yox! Romandan yaxşısını tapmayacaqsız ki? Görünür axı, fakt oynamırlar. Adamlar oynamır. OY-NA-MIR-LAR! 

Şəxsi mənfəətini "Neftçi" adının önünə qoyan hamı birmənalı şəkildə klubdan rədd olmalıdır. Kapitan, "yaxşı oğlan", "qaqaş", "brat"... Tək qurtuluş budur, yoldaşlar. Rədd olmalıdırlar! 

Rəhbərlik kimdirsə, kimin sözü keçirsə, onlara səslənirəm. Müşahidə Şurasının sədri, Cenk Sümer, Kamil, Rüstəm Əfsərli, Roman Qriqorçuk... Hanı Peykanlının mərdi? Gözünüzün önündə dağ boyda klubu qanına qəltan edirlər. Qoyun əlinizi daşın altına. Duracaq azarkeşlər arxanızda!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri