Icma.az
close
up
RU
Yuxunun qısqanclıqla əlaqəsi ÜZƏ ÇIXDI

Yuxunun qısqanclıqla əlaqəsi ÜZƏ ÇIXDI

Icma.az, News24 saytına istinadən bildirir.

ABŞ-ın Montana Ştat Universitetinin alimləri müəyyən ediblər ki, yuxu problemləri insanlarda qısqanclıq hissini gücləndirə və romantik münasibətlərdə özünə inamı azalda bilər. 

News24.az xəbər verir ki, tədqiqatın nəticələri ABŞ Yuxu üzrə Assosiativ Peşəkar Cəmiyyətlərinin (APSS) “SLEEP 2025” adlı illik konfransında təqdim olunub.

Tədqiqatda 68 gənc iştirak edib. Onlar iki həftə ərzində hər gün öz emosional vəziyyətlərini, davranışlarını və yuxu keyfiyyətlərini qiymətləndirmək üçün sorğularda iştirak ediblər.

Eyni zamanda, iştirakçılar bağlanma tiplərini müəyyən etmək üçün əlavə anketdən keçiblər.

Məlumatların təhlili göstərib ki, narahat bağlanma tipi — münasibətlərdə güvənsizlik və rədd edilmək qorxusu — daha zəif yuxu keyfiyyəti ilə əlaqəlidir. Belə insanlar yuxusuz keçən bir gecədən sonra səhəri daha güclü qısqanclıq hissi ilə başlayıblar. Digər bağlanma tiplərinə malik şəxslərdə isə bu cür reaksiya müşahidə olunmayıb.

“Əlamətdar məqam ondan ibarətdir ki, pis yuxu həmişə mənfi emosiyalara səbəb olmur. Bu, fərdi xüsusiyyətlərdən asılıdır”, — deyə tədqiqatın aparıcı müəllifi, Montana Ştat Universitetinin doktorantı Covanni Alvarado bildirib.

Mütəxəssislər bildirirlər ki, keyfiyyətli yuxu psixoemosional sağlamlığın əsas şərtidir. Amerika Yuxu Təbabəti Akademiyasının (AASM) məlumatına görə, böyüklər üçün gündə azı yeddi saat yuxu tövsiyə olunur. Bununla yanaşı, yuxunun yalnız müddəti deyil, həm də müntəzəmliyi, davamlılığı və komfortu da vacib sayılır./Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 İyun 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri