Mahruzlu və Zilanlı kəndlərində tikinti işləri yekunlaşmır Keçmiş məcburi köçkünlərdən narazılıq
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Məlum olduğu kimi, işğaldan azad edilən Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma işləri davam etdirilir.
"Unikal"ın məlumatına görə, Qubadlının 5 ilə yaxın müddətdir işğaldan azad edilməsinə baxmayaraq, hələ də rayona və onun heç bir kəndinə köç baş tutmayıb.
Yalnız 2024-cü ilin may ayında Qubadlının Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına start verilib. Təxminən ilyarımdır tikinti işləri davam etsə də, hələ də yekunlaşmır.
Keçmiş məcburi köçkünlərin verdiyi məlumata görə, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru olan Növrəs Cəfərov məsələyə biganə yanaşırlar. Məsələ ondadır ki, cavabdeh qurumların rəhbərləri də Qubadlıdan olan keçmiş məcburi köçkünlərin nə zaman doğma yurdlarına qayıdacaqları barədə məlumatsızdır.
Qeyd edək ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərini həyata keçirən şirkət "Amal Group"dur.
Onu da nəzərə çatdıraq ki, "Amal Group"un sahibi Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadiqovun kürəkənidir.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















