Icma.az
close
up
RU
“MAIRE Fondu COP29da araşdırmasını TƏQDİM EDİB

“MAIRE Fondu COP29da araşdırmasını TƏQDİM EDİB

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanda enerji keçidinin təcili olması barədə məlumatlılıq yüksəkdir"
 

Azərbaycanda və Qazaxıstanda insanlar enerji keçidinin təcili olmasını dərindən dərk edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən COP29 çərçivəsində İtaliya pavilyonunda təqdimat zamanı “MAIRE” Fondunun baş direktoru İlaria Katastini deyib.

2024-cü ilin sentyabr və oktyabr ayları ərzində “MAIRE” Fondu hər iki ölkədən olan 2 min ali təhsilli şəxs və ictimai fikir lideri arasında sorğu keçirib.

“İnnovativ həllər tələb edən enerji keçidinin qarşıya qoyduğu çağırışlara cavab vermək üçün Azərbaycanda hesab edirlər ki, problemi həlletmə bacarıqları əsas amildir. Qazaxıstanda isə düşünürlər ki, tənqidi fikirləşmə bacarıqları kompleks məlumatların təhlilində, yanaşmaların qiymətləndirilməsində və əsaslandırılmış qərarların qəbul olunmasında mühüm əhəmiyyət kəsb edir”, - deyə Katastini bildirib.

“Azərbaycanda respondentlərin 55 faizi enerji keçidini prioritet hesab edirsə, Qazaxıstanda bu rəqəm 39 faizdir. Bu göstərici ətraf mühitlə bağlı problemlər və onların yaratdığı iqtisadi imkanlar haqqında artan məlumatlılığı əks etdirir və gələcək təşəbbüslər üçün münbit zəmin yaradır”, – deyə o əlavə edib.

Katastini, həmçinin vurğulayıb ki, Azərbaycandan olan respondentlərin 64 faizi (BƏƏ, Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələri üstələyir), Qazaxıstandan olan respondentlərin isə 53 faizi (İtaliyanı, Böyük Britaniyanı, ABŞ-ı və Çini üstələyir) enerji keçidini iqlim dəyişmələri ilə mübarizədə vacib hesab edir.

Hər iki ölkədə respondentlərin 80 faizdən çoxu təlim və bacarıqların artırılmasını vacib məsələ kimi qeyd edirlər ki, bu göstərici də Hindistandakı göstəricidən 71 faiz, ABŞ-dakı və Cənubi Afrikadakı göstəricidən isə 75 faizdən çoxdur.

“Enerji keçidi Azərbaycanda və Qazaxıstanda işçi qüvvəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsini tələb edir ki, bu da həmişəkindən daha çox yaşıl iş yerlərinin açılmasına şərait yaradır”, - Katastini deyib.

“MAIRE” təşkilatının törəmə şirkətləri olan “NEXTCHEM” və “TECNIMONT” tərəfindən maliyyələşdirilən araşdırma nümayiş etdirdi ki, beynəlxalq ictimaiyyət getdikcə daha çox dərk edir ki, enerji keçidinin biznes və məşğulluq sahələrinin imkanlarını genişləndirə bilməsi üçün yeni bacarıqlar tələb olunur. Qısamüddətli çətinliklərə və məsrəflərə baxmayaraq, respondentlərin mütləq əksəriyyəti enerji keçidi üzrə səylərin uzunmüddətli əhəmiyyətini və müsbət təsirlərini qəbul etdiklərini bildiriblər.

“MAIRE” Fondunun araşdırması dörd qitədə aparılmaqla 12 ölkəni əhatə edib və beynəlxalq bazar araşdırması ilə məşğul olan IPSOS şirkəti ilə birgə 2 mindən çox müsahibə götürülüb.

“MAIRE” enerji keçidinə dəstək verən aparıcı texnologiya və mühəndis qrupu kimi çıxış edərək istehsal sənayesi ilə enerji resurslarının kəsişməsində fəaliyyət göstərir. Qrup dayanıqlı gübrələr, aşağıkarbonlu enerji vektorları və dairəvi həllər kimi biznes istiqamətləri üzrə aşağı bazar üçün inteqrasiya edilmiş E&C həllər və davamlı texnologiyalar təklif edir. “MAIRE” 45 ölkədə fəaliyyət göstərir və bütün dünya üzrə 9 min 300-dən çox əməkdaşı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri