Mais Ağayev bu tv yə rəhbər təyin olundu
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Mais Ağayev uzun fasilədən sonra televiziya fəaliyyətinə qayıdıb.
Milli.Az xəbər verir ki, Mais Ağayev BTV-nin baş redaktoru vəzifəsinə təyin edilib.
Təyinatla bağlı BTV-nin təsisçisi və baş direktoru Sahil İmanov və direktor Tahirə Məmmədqızı tərəfindən müvafiq qərar imzalanıb.
Qərara əsasən, Mais Ağayev BTV-nin baş redaktoru vəzifəsini icra etməklə yanaşı, kanalın xəbər-informasiya proqramının aparıcısı kimi də fəaliyyət göstərəcək.
Mais Ağayevin yeni vəzifədə əsas fəaliyyət istiqamətləri BTV-nin informasiya siyasətinin həyata keçirilməsi, xəbər və informasiya proqramlarının hazırlanması, redaksiya fəaliyyətinin təşkili və efir məhsullarının peşəkar səviyyəsinin təmin edilməsindən ibarət olacaq.
Qeyd edək ki, Mais Ağayev uzun illər televiziya sahəsində fəaliyyət göstərib. Onun BTV-yə qayıdışı kanalın informasiya və xəbər istiqamətinin daha da gücləndirilməsi məqsədi daşıyır./NOCOMMENT.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Avqust 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















