Icma.az
close
up
RU
Makdevid 1100 ə, Rantanen 300 ə çatdı

Makdevid 1100 ə, Rantanen 300 ə çatdı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Edmonton”un hücumçusu Konnor Makdevid müntəzəm çempionatda keçirdiyi 726-cı oyunda xal sayını 1100-ə çatdırıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı kanadalı komandasının “Sent-Luis”ə 2:3 uduzduğu oyunda iki məhsuldar ötürmə verməklə buna nail olub.
Makdevid MHL tarixinə 1100 xal həddinə çatan 69-cu hokkeyçi kimi düşüb. O, bu həddə sürət baxımından yalnız Ueyn Qretski (464 oyun), Mario Lemye (550) və Mayk Bossidən (725) geç çatıb.
“Dallas”ın hücumçusu Mikko Rantanen isə bir başqa göstəricidə adını MHL tarixinə yazıb. O, müntəzəm çempionatda 300 qol vurmağı bacaran 4-cü finlandiyalıdı. Rantanen 300-cü qolu “Edmonton”la oyunun (4:3 B) 3-cü periodunda vurub. Finlər arasında qol sayına görə rekord Teemu Selyanneyə (684) məxsusdu. 2-ci yerdə Yari Kurri (601), 3-cü yerdə isə Olli Yokinen (321) qərarlaşıb. 29 yaşlı Rantanen “Dallas”dan əvvəl “Karolina” ilə “Kolorado”nun da formasını geyib. Onun pley-offda 43 qol vurduğunu da xatırladaq.
Noyabrın 4-də keçirilən Kanada derbisi maraqlı ssenari üzrə cərəyan edib. “Toronto” 2010-cu il dekabrın 7-dən bəri ilk dəfə müntəzəm çempionat oyununda 3-cü perioddakı 0:3-ü qələbə hesabına çevirə bilib. Torontolular 3-cü periodun əvvəlində 0:3 geridə olsalar da, sonda 4:3 hesablı qələbəyə seviniblər.
“Vaşinqton” ardıcıl 4 məğlubiyyətdən sonra, nəhayət, qələbə sevinci yaşayıb. Paytaxt klubu srağagün “Sent-Luis”i darmadağın edib – 6:1. Qollardan birini vuran Aleksandr Oveçkin cari mövsümdə 3-cü, müntəzəm çempionatda 900-cü dəfə fərqlənib. Pley-offu da nəzərə alsaq, 40 yaşlı rusiyalı ulduzun hesabında 977 qol var. O, bu göstərici üzrə MHL tarixinin ikincisidi. Oveçkin yalnız müntəzəm çempionatlarda və pley-offda 1016 (894+122) qolu olan Ueyn Qretskidən geri qalır. Rusiyalı ulduz MHL tarixinin bir nömrəli snayperi olmaq üçün hələ 39 qol da vurmalıdı.
“Pittsburq” – “Vaşinqton” oyunu MHL-in iki əfsanəsinin 99-cu (!) dueli ilə əlamətdar oldu. Söhbət paytaxt klubunun forvardı Oveçkinlə onun “pinqvinlər”in şərəfini qoruyan həmkarı Sidni Krosbidən gedir. “Pittsburq”un 5:3 hesabıyla qalib gəldiyi oyunda Krosbi iki qol vurdu, Oveçkin isə iki məhsuldar ötürmə verdi. 40 yaşlı rusiyalı ilə 38 yaşlı kanadalı 74 dəfə müntəzəm çempionatda, 25 dəfə pley-offda üz-üzə gəlib. Oveçkin bu oyunlarda 103 (53+50), Krosbi isə 127 (48+79) xal toplayıb.
4 noyabr
Toronto – Pittsburq 4:3 (0:2, 0:1, 4:0)
Neşvill – Vankuver 4:5 OT (1:1, 1:2, 2:1, 0:1)
Sent-Luis – Edmonton 3:2 (0:1, 2:1, 1:0)
Sietl – Çikaqo 3:1 (0:0, 2:0, 1:1)
5 noyabr
Aylenders – Boston 3:4 B (0:1, 2:2, 1:1, 0:0)
Baffalo – Yuta 1:2 OT (0:0, 0:0, 1:1, 0:1)
Monreal – Filadelfiya 4:5 B (0:1, 4:0, 0:1, 0:0)
Reyncers – Karolina 0:3 (0:1, 0:1, 0:1)
Dallas – Edmonton 4:3 B (1:0, 1:0, 2:1, 0:0)
Minnesota – Neşvill 3:2 OT (1:0, 1:1, 0:1, 1:0)
Kolorado – Tampa-Bey 3:2 (1:1, 2:0, 0:1)
Anahaym – Florida 7:3 (2:1, 2:2, 3:0)
Veqas – Detroyt 1:0 (0:0, 1:0, 0:0)
Los-Anceles – Vinnipeq 3:0 (1:0, 0:0, 2:0)
6 noyabr
Toronto – Yuta 5:3 (0:1, 2:1, 3:1)
Vaşinqton – Sent-Luis 6:1 (1:0, 4:0, 1:1)
Kalqari – Kolambus 5:1 (2:1, 2:0, 1:0)
Vankuver – Çikaqo 2:5 (0:0, 0:0, 2:5)
Sietl – San-Xose 1:6 (1:2, 0:1, 0:3)
7 noyabr
Baffalo – Sent-Luis 0:3 (0:1, 0:1, 0:1)
Boston – Ottava 3:2 OT (0:1, 2:0, 0:1, 1:0)
Karolina – Minnesota 4:3 (3:2, 1:1, 0:0)
Nyu-Cersi – Monreal 4:3 OT (1:1, 1:0, 1:2, 1:0)
Pittsburq – Vaşinqton 5:3 (2:0, 1:3, 2:0)
Dallas – Anahaym 5:7 (2:0, 1:4, 2:3)
Neşvill – Filadelfiya 1:3 (1:0, 0:2, 0:1)
Veqas – Tampa-Bey 3:6 (2:0, 0:2, 1:4)
Los-Anceles – Florida 2:5 (2:2, 0:1, 0:2)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri