Icma.az
close
up
RU
Makqreqor yenə UFC yə qayıdır Tarixi açıqladı

Makqreqor yenə UFC yə qayıdır Tarixi açıqladı

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor son döyüşündə aldığı zədə ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, irlandiyalı döyüşçü "X" sosial şəbəkəsində paylaşdığı məlumatda sağ dizində ön çarpaz bağ və menisk zədəsi aşkarlan­dığını bildirib. O qeyd edib ki, bu zədə əvvəllər Maks Holloueylə keçirdiyi ilk qarşılaşmada aldığı zədəyə bənzəyir, lakin bu dəfə digər ayağında baş verib.

Konor Makqreqor bildirib ki, həmin zədədən sonra doqquz ay ərzində bərpa olunaraq yenidən yarışlara qayıtmışdı. Onun sözlərinə görə, müasir tibbin imkanları və hazırlıq metodları nəzərə alınarsa, gələn yay yenidən oktaqona çıxmaq ehtimalı yüksəkdir.

Döyüşçü hazırkı vəziyyətinin yaxşı olduğunu da vurğulayıb. O, artıq qoltuqağacından istifadə etmədiyini, ayaq trenajorunda məşqlərə başladığını və heç bir narahatlıq hiss etmədən sərbəst yeriyə bildiyini qeyd edib.

Xatırladaq ki, Konor Makqreqor iyulun 12-də beş illik fasilədən sonra UFC-yə qayıdaraq Maks Holloueylə üz-üzə gəlmişdi. Lakin aldığı diz zədəsi səbəbindən qarşılaşma ilk raundda dayandırılmış və Maks Hollouey qalib elan edilmişdi.

Qeyd edək ki, Konor Makqreqor peşəkar MMA karyerası ərzində 29 döyüş keçirib. O, bu qarşılaşmaların 22-də qələbə qazanıb, 7-də isə məğlub olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 İyul 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri