Makron ABŞ yə qarşı Aİ nin iqtisadi məcburetmə vasitəsini tətbiq etməyə çağırır
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrinə qarşı rüsumların tətbiqi və Qrenlandiya ilə bağlı vəziyyət fonunda ABŞ-yə qarşı Avropa İttifaqının (Aİ) iqtisadi məcburetmə alətinin (Anti-Coercion Instrument – ACI) tətbiqini dəstəkləyir.
"Report"un məlumatına görə, bunu "Agence France-Presse" (AFP) Fransa liderinin ətrafına istinadən yayıb.
"Dövlət başçısı bütün gün ərzində Avropa həmkarları ilə əlaqə saxlayacaq. O, ACI alətinin işə salınmasını tələb edəcək", – mənbə bildirib.
Makron həmçinin ABŞ Prezidenti Donald Trampın təhdidlərinin Avropa İttifaqı ilə Vaşinqton arasında imzalanmış ticarət sazişini şübhə altına qoyduğunu hesab edir. Bu saziş ötən ilin yayında imzalanmışdı və Avropa mallarına 15 %-lik rüsumların saxlanılmasını, ABŞ mallarına isə Avropada gömrük rüsumlarının sıfıra endirilməsini nəzərdə tuturdu.
ACI aləti 2023-cü ildə qüvvəyə minib və Avropa İttifaqını, həmçinin üzv ölkələri üçüncü dövlətlərin iqtisadi məcburiyyətindən qorumaq məqsədi daşıyır. Avropa rəsmilərinin sözlərinə görə, Trampın Danimarkanı Qrenlandiyanı verməyə məcbur etmək və Avropa İttifaqını ABŞ texnologiya şirkətlərinə qarşı məcburi tədbirlərdən imtina etdirmək üçün tariflərdən istifadə hədəsi buna uyğun gəlir. ACI həmçinin Avropa İttifaqına birbaşa xarici investisiyaları bloklamaq və ya bank, sığorta və digər maliyyə xidmətləri bazarına giriş imkanlarını məhdudlaşdırmaq imkanı verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 18 Yanvar 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















