Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Makron Avropanı uzunmüddətli qarşıdurmaya hazırlayır Türkiyəli general

Makron Avropanı uzunmüddətli qarşıdurmaya hazırlayır Türkiyəli general

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə müraciəti zamanı hərbçiləri gələcəyin münaqişələrinə hazırlaşmağa və hazırkı münaqişələrdə qələbəni təmin etməyə çağırıb.

Bəs Makronun bu çağırışındakı əsas məqsəd nədir?

Redaktor.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, Makronun son çıxışı təkcə ölkəsinin Silahlı Qüvvələrinə verilmiş hərbi tapşırıq kimi deyil, eyni zamanda Avropa, Rusiya, ABŞ və NATO-ya ünvanlanmış strateji siyasi mesaj kimi qiymətləndirilə bilər:

"Bu çıxışın arxasında bir neçə əsas amilin dayandığını söyləmək mümkündür. İlk növbədə, Fransa hesab edir ki, Ukraynada müharibə yaxın gələcəkdə başa çatsa belə, Avropada təhlükəsizlik böhranı uzun müddət davam edəcək. Paris artıq yüksək intensivlikli müharibələrin Avropa üçün yenidən real təhlükəyə çevrildiyini qəbul edir. Bu səbəbdən də ordunun sursat ehtiyatlarının artırılması, hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və ehtiyat qüvvələrinin gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Digər mühüm məqam Avropanın təhlükəsizlik sahəsində ABŞ-dən asılılığının azaldılması və strateji muxtariyyətinin gücləndirilməsidir. Emmanuel Makron uzun illərdir Avropanın öz təhlükəsizliyini müstəqil şəkildə təmin etməsinin vacibliyini vurğulayır. Son çıxışında da Avropa dövlətlərinin ayrı-ayrılıqda deyil, koordinasiyalı şəkildə silahlanmasının zəruriliyini qeyd edib və müdafiə sənayesində mövcud parçalanmanı tənqid edib".

General bildirdi ki, Fransa müdafiə sənayesinin genişləndirilməsi də Parisin əsas prioritetlərindən biridir:

"Son illərdə ölkə "müharibə iqtisadiyyatı" modelinə keçidi sürətləndirir. Müdafiə büdcəsinin artırılması, "Rafale" qırıcılarının, raket sistemlərinin, pilotsuz uçuş aparatlarının və digər hərbi texnikanın istehsalının genişləndirilməsi həm milli təhlükəsizliyin möhkəmləndirilməsinə, həm də müdafiə sənayesinin ixrac potensialının artırılmasına xidmət edir. Makronun çıxışı NATO daxilində liderlik uğrunda gedən rəqabət kontekstində də qiymətləndirilə bilər. Almaniyanın müdafiə xərclərini sürətlə artırdığı bir dövrdə Fransa Avropanın aparıcı hərbi-siyasi güclərindən biri statusunu qorumağa çalışır. Bu baxımdan Makronun mesajı həm də Berlinə və digər Avropa paytaxtlarına Fransanın liderlik rolunu davam etdirməyə hazır olduğu siqnalını verir. Bununla yanaşı, çıxış daxili auditoriyaya hesablanmış mesajlar da ehtiva edir. Prezidentliyinin son ilinə daxil olan Makron Fransa cəmiyyətini daha yüksək müdafiə xərclərinə, ehtiyat qüvvələrinin genişləndirilməsinə və uzunmüddətli təhlükəsizlik risklərinə psixoloji və siyasi baxımdan hazırlamağa çalışır".

Müsahibimiz əlavə etdi ki, Fransanın yaxın perspektivdə hansısa münaqişəyə qoşulması ehtimalı tam istisna oluna bilməz:

"Lakin bunun birbaşa Rusiya ilə genişmiqyaslı müharibə formasında baş verməsi hazırkı şəraitdə daha az ehtimal olunan ssenari kimi görünür. Daha real ehtimallar sırasında Ukraynaya hərbi dəstəyin genişləndirilməsi, hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr, raketlər, kəşfiyyat və təlim sahələrində yardımın artırılması yer alır. Eyni zamanda, NATO çərçivəsində Baltikyanı ölkələrdə, Polşada və Finlandiyada Fransa hərbi kontingentinin genişləndirilməsi mümkündür. Fransanın Aralıq dənizi, Afrika və Hind-Sakit okean regionlarında hərbi mövcudluğunu gücləndirməsi, eləcə də kiber və kosmik təhlükələrə qarşı hazırlığını artırması da mümkün istiqamətlər kimi qiymətləndirilir. Makronun çıxışında gələcəyin müharibələrinin yalnız quru əməliyyatları ilə məhdudlaşmayacağına dair mesajlar da hiss olunur".

Yücel Karauzun fikrincə, Makronun bəyanatını müharibə elanı kimi deyil, daha çox çəkindirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirmək mümkündür:

"Fransa bununla potensial rəqiblərinə göstərmək istəyir ki, Avropa gələcəkdə yalnız ABŞ-nin təhlükəsizlik təminatlarına arxalanmaq niyyətində deyil, öz hərbi imkanlarını və müdafiə sənayesini sürətlə inkişaf etdirərək yüksək intensivlikli təhlükələrə hazır olmağa çalışır. Bu baxımdan Makronun əsas mesajı Avropada sülhün qorunmasının güclü ordular və inkişaf etmiş müdafiə sənayesi vasitəsilə mümkün olduğu düşüncəsinə əsaslanır".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri