Icma.az
close
up
RU
Makron + Bayru = 37

Makron + Bayru = 37

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Dövlət siyasətinin prioritet hədəfləri müəyyənləşdirilərkən ölkənin potensialı və reallıqları nəzərə alınmadıqda, bu, çox ciddi fəsadlarla sonuclanır. Bunu son illərdə Fransanın üzləşdiyi çətinliklər bir daha əyani şəkildə təsdiqləyir. Emmanuel Makron 2017-ci ildə ilk dəfə Fransa prezidenti seçildikdə ölkədə sağ və sol qüvvələr arasında həmrəyliyə nail olacağının, Avrozonanın ikinci ən böyük iqtisadiyyatını vergi güzəştləri və islahatlar yolu ilə modern səviyyəyə yüksəldəcəyinin, daxildə və beynəlxalq miqyasda Yelisey Sarayının siyasi nüfuzunu artıracağının anonsunu etmişdi. Lakin aradan 8 il vaxt ötməsinə rəğmən, bunların heç biri baş verməyib. Belə ki, sonrakı illərdə yaşanan böhranlar, COVID-19 pandemiyası dövründə milli iqtisadiyyatın dayanıqlıq nümayiş etdirməməsi, sürətlə artan inflyasiya ölkə boyunca etirazların permanent hal almasını şərtləndirdi. O cümlədən baş verənlər fonunda Yelisey Sarayı üçün adekvat siyasi böhran qaçılmaz oldu.

Ən zəif prezident - baş nazir tandemi

Makronun zamanında populist vədlər verməsinin kədərli sonluğu Fransa cəmiyyətində prezidentə və onun komandasına inam, sarsılmasında özünü daha qabarıq şəkildə göstərir. Bu gün iş o yerə çatıb ki, ölkədə prezident - baş nazir (Makron - Bayru) V respublika tarixində ən qeyri-populyar, ən az bəyənilən liderlər tandemi kimi dəyərləndirilir. Bunun bağlı  IFOP institutunun “Journal du Dimanche” qəzeti üçün apardığı sorğunun nəticələrində məlumat verilir. Bu dəyərləndirmə reallığı əks etdirir və hakim komandanın iflası anlamına gəlir.

Sorğunun nəticələrinə görə, Makron cəmi 19 faiz, baş nazir Fransua Bayru isə 18 faiz ictimai dəstəyə malikdir. Beləliklə, onların birlikdə qazandığı ümumi razılıq səviyyəsi 37 faizi keçmir. Bu göstəricilər Fransa cəmiyyətində icra hakimiyyətinə münasibətdə dərin narazılıq və ümumi məyusluğun bariz ifadəsidir.

Hətta Fransua Holland və Manuel Valls dövründə belə xalq arasında bu qədər aşağı dəstək qeydə alınmayıb. Həmin vaxtda Valls 38 faiz dəstəyə sahib idi və bu, ümumi razılıq səviyyəsini 51 faizə çatdırırdı. İndiki rəqəmlər isə V Respublika tarixində ən zəif hökumət dəstəyi kimi qiymətləndirilir.

Aprel ayında Donald Trampın gömrük rüsumlarına dair açıqlamalarından sonra Makronun reytinqi 28 faiz səviyyəsində idi. Lakin son sorğuda onun populyarlığı ilk dəfə olaraq 20 faizdən aşağı düşüb. Halbuki Makron “sarı jiletlilər” böhranı zamanı belə 23 faiz, Barnier hökumətinin parlamentdəki məğlubiyyətində isə 21 faiz dəstək səviyyəsini qorumağı bacarmışdı. Son göstəricilər  isə onun hazırkı mövqeyinin əvvəlki siyasi sarsıntılara nisbətən daha zəif olduğunu göstərir.

Makronu 2022-ci ildə dəstəkləmiş seçicilər arasında da narazılıq artır. Hazırda onların cəmi 49 faizi prezidentin fəaliyyətindən razıdır - bu da 12 faiz azalmanı göstərir. Seçicilərindən əlavə, Makrona dəstəyin menecerlər arasında 8 bənd, iş adamları arasında isə 18 bənd azalması qeydə alınıb. Sorğu, həmçinin göstərir ki, Fransua Bayru V Respublika tarixində ən qeyri-populyar baş nazir hesab olunur.

Hökumət böhranının davamı

Əslində, prezident - baş nazir tandeminin populyarlığının bu səviyyədə aşağı düşməsi ölkədə ötənilki seçkilərdən sonra başlayan hökumət böhranının davamıdır. Məlumdur ki, 2024-cü ilin iyul  ayının birinci ongünlüyündə Fransada parlamentin aşağı palatasına növbədənkənar seçkilərin ikinci turu başa çatdıqdan sonra ölkədə hökumət böhranı qaçılmaz oldu. Sonradan aylarla uzanan hökumət böhranı ilk növbədə Makronun manipulyasiyalarından qaynaqlanırdı. Seçkilərin ikinci turunun nəticələrinə görə, parlamentdə solçular 182, Makronun mərkəzçi alyansı 168, ifrat sağçıları təmsil edən Mari Le Penin “Milli birlik” partiyası və onun müttəfiqləri isə 143 yer qazanıblar. Qeyd edək ki, Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir.

Makronu əndişələndirən də elə rəhbərlik etdiyi mərkəzçi koalisiyanın parlament çoxluğunu qazana bilməməsi idi. Belə olanda Makron komandasını xilas etməkdən ötrü hökuməti bir neçə cəhddən sonra konstitusiyanı pozmaqla formalaşdırdı. Beəliklə, Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru ötən ilin dekabr ayında sırf Makronun iradəsi ilə baş nazir postuna gətirildi ki, bu da elə ilk gündən uğursuz təyinat kimi dəyərləndirildi. Vurğulamaq yerinə düşər ki, Fransa siyasətinin yaşı 70-i ötən veteranları sırasında yer alan Fransua Bayru ölkə tarixində ən aşağı reytinqlə Matinyon sarayında işə başlayan baş nazirdir. Ölkə vətəndaşlarının yalnız 34 faizi onun təyinatını və yeni statusunda ilk addımlarını bəyənib. Tədqiqatçılar qeyd edirlər ki, Bayrunun sələfləri nəzərəçarpacaq dərəcədə yüksək bəyənmə reytinqləri ilə işə başlamışlar. Beləliklə, onun sələfi Mişel Barnier hökumətin başındakı səlahiyyət müddətinə görə antirekorda imza atıb. O, işin ilk ayında həmvətənlərinin 45 faizinin dəstəyini qazanıb. Ondan əvvəlki hökumət rəhbərləri Qabriel Attal və Elizabet Born müvafiq olaraq 54 və 57 faiz müsbət reytinqə malik olublar.

Reallıqdan uzaq gözləntilər

Baş nazir postunda hələ bir ili tamam olmayan Bayrunun Fransada Pasxa və 8 May tətil günlərini ləğv etməsinin cəmiyyətdə hakimiyyətin icra qolunun nüfuzuna ciddi təsir göstərdiyi bildirilsə də, burada əsas səbəb başqadır. Yeni baş nazir reallıqdan uzaq gözləntilər sərgiləməklə ölkənin kritik həddə çatan büdcə kəsirini sərt qənaət rejiminə keçməklə azaltmaq planlarını bəyan edib ki, bu da ölkədə birmənalı qarşılanmayıb. İnsanlar Makron dönəmində verilən əvvəlki qərarlara istinad etməklə sərt qənaət rejiminə keçidin onların həyatını daha da ağırlaşdıracağını düşünürlər və buna görə də icra strukturlarına etimadsızlıq göstərməyi çıxış yolu kimi görürlər.

Baş nazirin yüksək inflyasiya, artan işsizlik və dövlət borcunun rekord səviyyəyə çatması fonunda “ədalətli və məsuliyyətli büdcə” kimi ümumi və qeyri-müəyyən fikirləri sadəcə populist ritorika kimi qəbul edilir.  Bayru iddia edir ki, büdcə həm qənaətcil olmalı, həm də sosial xidmətlərə investisiyanı artırmalıdır. Amma bu iki məqsədi eyni anda həyata keçirmək, xüsusilə indiki böhran şəraitində, demək olar ki, mümkünsüzdür. Ən narahatedici məqam isə Bayru hökumətinin siyasi zəifliyini və parlamentdə əksəriyyətin olmamasını nəzərə almaması və ciddi təhlil aparmamasıdır. Aydın şəkildə başa düşülür ki, Bayrunun kompromis və dialoq çağırışları artıq reallıqla adekvat deyil. Buna görə də cəmiyyətin geniş təbəqələri narazıdır, etirazlar artır. Belə bir şəraitdə Makronun komandasının “birlik və anlayışa” çağırışı heç bir halda  batan gəmini xilas edə bilməz.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri