Icma.az
close
up
RU
Onlar da “İbrahim”ə qoşulacaqlar

Onlar da “İbrahim”ə qoşulacaqlar

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ümid edir ki, Səudiyyə Ərəbistanı yaxın aylarda “İbrahim Sazişləri”nə qoşulacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Time” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu proses ilin sonunadək baş tuta bilər:

“Bəli, düşünürəm ki, bu, baş verəcək. Yaxın Şərqdə hazırda sülh hökm sürür və çox keçmədən bütün ölkələr bu razılaşmalara qoşulmağa başlayacaq”.

ABŞ Prezidenti əlavə edib ki, İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş var və tərəflər sürətlə bu istiqamətə doğru gedir.

Xatırladaq ki, “İbrahim Sazişləri” 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail ilə bir sıra ərəb ölkələri – BƏƏ, Bəhreyn, Mərakeş və Sudan arasında diplomatik əlaqələrin bərpasını nəzərdə tutan sənəddir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri