Icma.az
close
up
RU
Makron: “Dondurulmuş Rusiya aktivlərinin taleyini avropalılar özləri müəyyən etməlidirlər”

Makron: “Dondurulmuş Rusiya aktivlərinin taleyini avropalılar özləri müəyyən etməlidirlər”

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, hazırda əsasən Belçikada saxlanılan dondurulmuş Rusiya dövlət aktivlərinin taleyinə avropalıların özləri qərar verməlidir.

Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, Makron Vaşinqtonun Ukrayna ilə bağlamaq istədiyi “sülh planı”nın şərtlərinə qarşı çıxıb və Avropanı qətiyyət göstərməyə çağırıb.

“Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Ukrayna ilə razılaşma çərçivəsində irəli sürdüyü "sülh planı"nın şərtlərinə qarşı çıxıb. O, avropalıları dondurulmuş Rusiya aktivlərinin necə istifadə olunması barədə qərarı özlərinin verməyə çağırıb”, – deyə xəbərdə bildirilir.

Xatırladaq ki, ötən həftə ABŞ tərəfindən təklif edilən 28 maddəlik “sülh planı”nda atəşkəsdən sonra Ukraynanın bərpası üçün rus dövlət aktivlərindən ABŞ təşəbbüslərinə maliyyə ayrılması nəzərdə tutulur. Bu cür yanaşma Avropanın Ukraynanın hərbi ehtiyacları üçün 140 milyard avroluq aktivləri səfərbər etmək cəhdlərini təhlükə altına sala bilər.

Ukrayna mətbuatının verdiyi məlumata görə, 24 noyabrda Ukrayna nümayəndə heyəti ABŞ və Avropa tərəfdaşları ilə danışıqlardan sonra Cenevrədən qayıdıb. Prezident Vladimir Zelenski xalqa videogörüşündə “sülh sazişi” üzrə əldə olunan irəliləyiş barədə məlumat verib.

Zelenski bildirib ki, müzakirələrdən sonra müharibənin başa çatdırılması üçün lazım olan addımlar siyahısı işlək mexanizmə çevrilə bilər. Onun sözlərinə görə, artıq Trampın “sülh planı” əvvəlki kimi 28 maddədən ibarət deyil.

Bununla yanaşı, Zelenski yekun sənəd üzərində hamının birgə daha çox işləməli olduğunu vurğulayıb: “Əksər ölkələrin bizə yardım etməyə hazır olmasını və ABŞ tərəfinin konstruktiv mövqeyini yüksək qiymətləndiririk”, – deyə prezident qeyd edib.

Ukrayna lideri onu da bildirib ki, Ukrayna komandası yeni addımlar layihəsi üzrə artıq hesabat verib: “Və bu, həqiqətən də düzgün yanaşmadır – həssas məsələləri mən Prezident Trampla müzakirə edəcəyəm”, – deyə Zelenski əlavə edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri