Icma.az
close
up
RU
Makron gərək iki dəfə düşünsün Deputat

Makron gərək iki dəfə düşünsün Deputat

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29 nəinki Azərbaycanın diplomatik əlaqələrinin inkişafına, bütövlükdə beynəlxalq aləmdə gücünə güc qatdı və Azərbaycanın nə qədər güclü, etibarlı tərəfdaş olduğunu, eyni zamanda, bu kimi qlobal əhəmiyyətə, 2024-cü ilin ən böyük tədbirinə ev sahibliyi edə biləcəyi gücdə olduğunu bir daha sübut etdi. 

Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev COP29 tədbirinin Azərbaycanın diplomatik əlaqələrini inkişafına müsbət təsiri mövzusunda danışarkən deyib. 

A.Quliyev bildirib ki, COP29 Azərbaycan üçün yeni imkanlar açıb. 

"İki yüzə yaxın ölkənin yüksək səviyyəli nümayəndələri, yüzə yaxın ölkənin rəhbərləri Azərbaycana gəldilər, ölkəmizi yaxından tanıdılar, Azərbaycanın iqtisadi potensialının, yüksək təşkilatçılıq bacarığının, qonaqpərvərliyinin, zəngin mədəniyyətinin və xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərin, "Yaşıl" iqtisadiyyata keçidin canlı şahidi oldular. Bütün bunlar Azərbaycanın milli maraqlarına, güclənməsinə, beynəlxalq arenada daha geniş şəkildə söz sahibi olmasına kömək edir və edəcək. Digər tərəfdən, Azərbaycanı sevməyən, anti-Azərbaycan qüvvələrin problem yaratmaq cəhdi, baykot çağırışı tam iflasa uğradı, COP29 ən yüksək səviyyədə təşkil olundu və yüksək səviyyədə davam edir, hər keçən gün Azərbaycanın uğuru kimi tarixə düşür. Bu cür bədxahlara isə ən yaxşı cavabı dünən cənab Prezident İlham Əliyev verdi: “ Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”

Deputatın sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan sözün əsl mənasında dünyaya qucaq açmaq iqtidarına malikdir, eyni zamanda, dünyanın bir nömrəli problemi olan iqlim dəyişikliyi ilə bağlı məsələlərdə liderlik etmək qabiliyyətindədir: "Bu da cənab Prezident İlham Əliyevin yüskək səviyyədə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Eyni zamanda möhtərəm Prezidentimizin COP 29 çərçivəsində planetin xilası naminə Qlobal Cənubla Qlobal Şimal arasında körpü yaratmaq kimi tarixi və çətin missiyanı üzərinə götürməsi ölkəmizin beynəlxalq aləmdə rolunu daha da gücləndirəcək. Bugünkü tədbir də onu göstərir ki, bu körpü uğurla qurulub. Baxmayaraq ki, iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırmaq üçün hər bir ölkənin üzərinə düşəni erməsi məsələsində çətinliklər və fikir ayrılıqları var, maliyyələşdirmə ilə bağlı problemlər var, ancaq maliyyələşmə məsələsi prioritet məsələ kimi Azərbaycan tərəfindən COP29-un gündəliyinə gətirilib. Əminəm ki, Bakıda iqlim dəyişikliyi ilə uğurlu mübarizə aparmaq üçün maliyyələşmə ilə bağlı ciddi qərarlar qəbul olunacaq. Bildiyiniz kimi, hazırda bu məqsədlə iqlim ən ehtiyatlı ssenaridə 1 trilyon, ən arzuolunan halda 4,5 tirlyon ABŞ dollarına yaxın vəsait tələb olunur, bu da böyük bir məbləğdir, dünya iqtisadiyyatının təxminən 5 faizi deməkdir. Ona görə də bu cür mötəbər və ambisiyalı məqsədi qarşıya qoyaraq yola çıxmışıq, əminəm ki, bu yolu uğurla tamamlayacağıq". 

Kiçik ada dövlətləri ilə bağlı olan tədbir haqqında danışan deputat bildirib ki, bu, Azərbaycanın gücündən xəbər verir. 

"Bu da o deməkdir ki, Azərbaycan qlobal proseslərə çox ciddi şəkildə qoşulub və kiçik ada ölkələrinə yardım fondu təsis olunub, bu gün də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

Yenə də cənab Prezidentin bugünkü çıxışına istinad etmk istərdim. Prezident çıxışında həm kiçik ada ölkələrinə açıq dəstətyini ifadə etdi, həm də Makron Fransasının və Niderlandın müsətmələkəçi mahiyyətini və əsl simasını ifşa etdi: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər.. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”. Gəlin etiraf edək ki, COP kimi BMT-nin ən mötəbər tədbirində Fransa və onun prezidenti Makronun haqlı olaraq bu cür açıq formada tənqid olunması , Avropa Parlamenti və AŞPA kimi qurumların riyakarlığının işa edilməsi həm ciddi siyasi iradə, həm də böyük prinsipialllıq və özgüvən tələb edir. Bu eyni zamanda Fransa və Makrona ölkəmizə qarşı apardığı düşmənçilik siyasətinə verilən ən tutarlı və cəsarətli cavabdı. Makron bundan sonra gərək Azərbaycana hücum etməmişdən qabaq iki dəfə düşünsün.

Bütövlükdə, Azərbaycanın COP29-a ev sahibliyi etməyi onu göstərir ki, Azərbaycan bu gün qlobal proseslərdə aparıcı oyunçudur, bu münasibətlə cənab prezident İlham Əliyevi və xalqımızı ürəkdən təbrik edirəm və əminəm ki, bu tədbir Azərbaycana böyük bir nüfuz gətirdi, Azərbaycana olan inam, etimadı xeyli artırdı. İndi biz səbirsizliklə qarşıdakı günlərdə planetimizin xilası naminə çox önəmli qərarların qəbul olunacağını gözləyirik. Bundan başqa, COP29-un prezidenti kimi daha 1 il fəaliyyət göstərəcəyik. Şübhəsiz ki, bu konfrans xalqımızın maraqları üçün, dövlətimizin hədəfləri üçün Azərbaycana yeni üfüqlər açacaq. Hər şey möhtəşəmdir, mükəmməldir, tarixdə ən mötəbər hadisələrindən birinə şahidlik edirik və yazılan mötəbər tarixi canlı izləyirik”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 14 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see325

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see233

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see218

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see214

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see214

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see209

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see191

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see185

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see182

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see181

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see179

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see178

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see174

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see170

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see168

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see164

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see162

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see160

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri