Icma.az
close
up
RU
Human Right Watchs gərək öz aqibətini düşünsün MÜNASİBƏT BİLDİRİLDİ

Human Right Watchs gərək öz aqibətini düşünsün MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

""Human Right Watchs" və Avropa Şurasının Azərbaycana qarşı qərəzli qətnamələrinin heç bir təsiri olmayacaq. Heç vaxt da olmamışdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, indi nə qədər qətnamələr qəbul edirlər etsinlər: "Yeri gəlmişkən, "Human Right Watchs" gərək öz aqibətini düşünsün. Vaxtilə bu təşkilatda daha çox pullar, USAİD tərəfindən ayrılırdı. İndi USAİD bağlanıb demək olar ki, artıq pullar ayrılmır. Onlar görünür ki, özlərinə sponsor axtarırlar. Erməni diasporasından 3-5 Avro, Dollar pulla onlar özlərinin fəaliyyətini doğrultmaq istəyirlər.

Burada təəssüf doğuran hal ondan ibarətdir ki, beynəlxalq, yəni, dünya miqyasında fəaliyyət göstərən hüquq-müdafiə təşkilatı olduqlarını bəyan edən bu qurumlar bir dəfə də olsun Azərbaycanın qaçqın və məcburi köçkün probleminə diqqət yetirməyiblər. Onlar heç vaxt bu məsələ ilə bağlı açıqlama verməyib, hesabatlar hazırlamayıb. Heç bir beynəlxalq tədbir öncəsi belə bir addım atmayıblar. Azərbaycanın təbii sərvətlərinin uzun illər mənimsənilməsi, istismar olunması, maddi və mədəni irs nümunələrinin dağıdılması, talan edilməsi ilə bağlı hər hansı çağırış etməyiblər. İndi isə onlar ermənilərin, necə deyərlər, könlünü almaq, xoşlarına gəlmək üçün dəridən-qabıqdan çıxırlar. Yeri gəlmişkən, burada əsas məqsəd təkcə ermənilərin xoşlarına gəlmək deyil. Onlar haylardan istifadə edərək regionda məkrli planlarını həyata keçirmək niyyətindədirlər. Amma bütün hallarda əsas məsələ bundadır ki, bu siyasət mötəbər, müəyyən təsirə malik dairələr tərəfindən dəstəklənir. Bu da xoşagəlməz və təəssüf doğuran haldır.

Ölkəmiz indiyədək bu qarayaxma kampaniyalarının heç birinə fikir verməyib və bundan sonra da verməyəcək. Bunlar hamısı boş kağızlardır. Heç bir siyasətə təsir etmir. Azərbaycan siyasətinə ələlxüsus təsir etmir, heç vaxt da etməyib. Azərbaycan öz yolunda davam edir. Dünyada qlobal proseslər baş verir. Bizim əsas məqsədimiz də öz mövqeyimizi qoruyub saxlamaqdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri