Makron "gözəl ölüm"ə imza atdı
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransada evtanaziya rəsmən qanuniləşdirilib. Prezident Emmanuel Makron bu barədə qanunu imzalayıb.
"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin rəsmi nəşri “Journal Officiel” məlumat yayıb.
Qanun layihəsi Fransa parlamenti tərəfindən iyul ayında təsdiqlənib. Avqustun 14-də isə Fransanın Konstitusiya Şurası sənədin ölkə Konstitusiyasına zidd olmadığını açıqlayıb.
Yeni qanuna əsasən, Fransada evtanaziya üçün müraciət etmək hüququ 18 yaşdan yuxarı şəxslərə, həmçinin ölkədə daimi və qanuni əsaslarla yaşayanlara veriləcək. Sənəddə evtanaziyaya hansı hallarda müraciət edilə biləcəyi də müəyyənləşdirilib.
Xatırladaq ki, evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən və dözülməz ağrılar keçirən bir insanın həyatına öz istəyi ilə tibbi yolla son qoyulması prosesidir. Bu söz yunan dilindən tərcümədə "gözəl ölüm" deməkdir.
Qeyd edək ki, evtanaziyanın qanuni olduğu ölkələr arasında Belçika, Lüksemburq, Niderland, Portuqaliya və İspaniya da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 Avqust 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















