Makron Suriyaya səfər edəcək KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Media İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Fransa Prezidenti ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə Suriyaya səfər edəcək.
Emmanuel Makronu səfər zamanı investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Suriya Prezidenti Əhməd əl-Şaraa və Emmanuel Makronun nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa formatında görüş keçirməsi planlaşdırılır.
Qeyd edək ki, Əhməd əl-Şaraa ötən il Emmanuel Makronun dəvəti ilə Fransaya səfər edib.
Suriya Prezident Administrasiyasının Media İdarəsinin məlumatında səfərin tarixi açıqlanma da, “Al Hadath” telekanalı Suriyada hakimiyyət dəyişikliyindən sonra keçirilməsi nəzərdə tutulan Xalq Şurasının (birpalatalı parlament) ilk iclasının Fransa Prezidentinin əməşqə planlaşdırılan səfəri ilə əlaqədar təxirə salındığı barədə məlumat yayıb.
Bildirilib ki, iyulun 6-na planlaşdırılan parlament iclası Makronun həmin gün Suriyaya səfər edəcəyi səbəbindən başqa tarixə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















