Icma.az
close
up
RU
Azərbaycan Suriyaya səfir təyin EDƏCƏK? KONKRET

Azərbaycan Suriyaya səfir təyin EDƏCƏK? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd hakimiyyəti devrildi. “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi silahlı müxalifət 12 gün ərzində paytaxt Dəməşqə çatdı. Qruplaşmanın Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsəd ailəsilə birgə ölkədən qaçıb və Rusiyaya sığınıb.

KONKRET.az xəbər verir ki, Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd hakimiyyətini devirən “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Əl-Cəlalinin nəzarəti altında qalacaq.

Qeyd edək ki, Suriyadakı hadisələrə Azərbaycanda da fərqli reaksiyalar verilib.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. İki arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. Ötən il Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Əl-Miqdad Azərbaycanda səfərdə olub.

Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur. Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. Diplomat 2014-cü ilin noyabr ayında geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib.

Yeri gəlmişkən, Milli Məclisdə də Suriya ilə parlamentlərarası işçi qrupu yoxdur.

Suriyada vətəndaş müharibəsinin başladığı dövrdə Azərbaycanın xarici işlər naziri vəzifəsini tutan Elmar Məmmədyarov Modern.az-a danışıb.

O qeyd edib ki, yeni hakimiyyətin Suriyada hansı addımlar atacağını gözləmək lazımdır: “Əlbəttə, Suriya Yaxın Şərqdə önəmli ölkəydi. Amma orada cürbəcür məsələlər var. Yeni hakimiyyətin qonşularla və daxildə necə siyasət yürüdəcəyi önəmli məsələdir.  Onların hansı addımları atacağı bizə məlum olduqdan sonra nəsə dəqiq şərh vermək olar”.

E.Məmmədyarov qeyd edib ki, Suriya ilə diplomatik münasibətlər məsələsi də yeni hakimiyyətin addımlarından asılı olacaq:

“Azərbaycanın Suriyada səfirliyi vardı. 2011-ci ildə vətəndaş müharibəsi başlayanda səfirliyi çıxardıb, Beyruta köçürdük. İndi hakimiyyətdə olanlar ABŞ və Türkiyə başda olmaqla bütün ölkələr tərəfindən terror qruplaşması kimi tanınır. Görək beynəlxalq oyunçular onlara qarşı hansı addımları atacaqlar. Orada həm Rusiya, həm İran, həm ABŞ, həm də İsrail faktoru var. Suriyada oyunçular çoxdur. Məncə, Azərbaycan üçün tələsməyə ehtiyac yoxdur. Gələn il ABŞ-da administrasiya dəyişəcək. Yeni administrasiyanın hansı addımları atacağı məsələsi də vacibdir. Yenə deyirəm, məncə tələsməyə ehtiyac yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri