Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa iqtisadiyyatındakı problemlər, xarici dövlət borcunun yüksək olması və hökumətin bununla bağlı atmaq istədiyi addımlar kəskin narazılıq dalğasına rəvac verə bilər. Baş nazir Fransua Bayrun 44 milyard avro məbləğində qənaəti nəzərdə tutan 2026-cı il büdcə layihəsini elan etdikdən sonra sosial şəbəkələrdə "10 sentyabr səfərbərliyi" adlı yeni etiraz hərəkatı başlayıb. Onun əsas şüarlarından biri "hər şeyi 10 sentyabrda bloklayacağıq"dır. Qeyd edilir ki, "bu, tətil deyil, xalqın dinc üsyanıdır". Şəhərlər üzrə fəaliyyətləri tənzimləmək üçün "Teleqram" qruplarının yaradılacağı da bildirilir.

Yayılan mesajlar onu göstərir ki, hərəkatın məqsədi sentyabrın 10-dan etibarən Fransada bütün fəaliyyəti tam və müddətsiz dayandırmaq, ölkəni bir növ iflic vəziyyətinə salmaqdır. Sosial şəbəkələrdə fəaliyyət göstərən qruplar müxtəlif cür aksiyalara, o cümlədən mitinqlərə, tətillərə, eləcə də məktəbi, işləməyi, kart ödənişlərini, istehlakı dayandırmağa, bank hesablarından pulları çıxarmağa çağırırlar. Onlar dövlət təsisatlarının fəaliyyətini sarsıtmaqla təşkil edilmiş reketçiliyi durdurmaq istəyirlər.

Hərəkatın təşkilatçıları haqqında məlumat verilmir. Adətən, Fransada etiraz nümayişləri həmkarlar ittifaqlarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilir, lakin bu dəfə həmkarlar təşkilatları heç bir rol oynamırlar. Səfərbərlik onlardan kənarda formalaşır ki, bu da vəziyyətin nəzarətdən çıxmaq ehtimalını artırır.

Hərəkat üzvləri heç bir partiyanı təmsil etmədiklərini, onların fəaliyyətindən siyasi partiyaların bəhrələnməsindən ehtiyat etdiklərini yazır, lakin müşahidəçilər onların şüarlarının daha çox sol düşərgəyə yaxın olduqlarını qeyd edirlər. Bəzi müşahidəçilər bunun aşağıdan gələn pərakəndə təşkilatlanma olduğu və "sarı jiletlər"ə bağlı qruplar tərəfindən tədricən yönləndirildiyi qənaətindədir.

Hərəkatın sürətlə genişlənməsi hakimiyyət düşərgəsində ciddi narahatlıq yaradıb. Onlar 2018-ci ilin payızında meydana çıxan "sarı jiletlilər" hərəkatına oxşar etirazların yenidən yaşanmasından ehtiyat edirlər. Hakimiyyətin əsas məqsədi hazırkı əlverişsiz siyasi şəraitdə 2027-ci il prezident seçkilərinə qədər mövcudluğunu davam etdirməkdir. Prezident Emmanuel Makron daxili siyasətə faktiki olaraq qarışmır, son müsahibəsində parlamentin buraxılması ideyasını istisna etməklə bu vəziyyətlə barışdığını və yalnız xarici siyasətlə məşğul olacağını etiraf etmiş olub. O, Baş nazir Fransua Bayrunun 2027-ci ilə qədər vəziyyətin öhdəsindən gələ biləcəyinə inandığını bildirib.

Lakin hökuməti devirib, prezidentin istefasına və növbədənkənar prezident seçkilərinə nail olmaq istəyən qüvvələr hazırkı vəziyyətdən yararlanmaq istəyirlər. Artıq ifrat sağ "Üsyankar Fransa" hərəkatının lideri Jan-Lük Melanşon avqustun 17-də hazırkı hakimiyyəti bitirmək istəyən xalq təşəbbüsünü dəstəklədiyini ifadə edib.

Yaranmış vəziyyətdə Fransa hökuməti çətin duruma düşə bilər. Sentyabr ayında, bir tərəfdən, küçələrdə etirazlar başlaya, digər tərəfdən isə tətildən qayıdan parlamentdə büdcə layihəsi müzakirəsi olunarkən hökumətə etimadsızlıq təklifi səsverməyə çıxarıla bilər. Təsadüfi deyil ki, Jan-Lük Melanşon deputatları hökuməti devirməyə çağırıb. Onun partiyasının hökumətə etimadsızlıq təklifi ilə çıxış edəcəyi gözlənilir.

Həmkarlar təşkilatları da büdcə layihəsinə qarşıdırlar və sentyabrın əvvəlində görüşüb atacaqları addımları müzakirə etməlidirlər. Onlar kollektiv şəkildə büdcəyə etiraz imzası toplamağa başlayıblar və 275 mindən çox imzanı artıq toplayıblar. "Fəhlə Gücü" (FO) təşkilatı müzakirələri gözləmədən sentyabr ayında etiraz nümayişi keçirəcəyi ilə bağlı məlumat verib. Ümumi Əmək Konfederasiyasının (CGT) bəzi departament filialları ayın 10-da səfərbər olunmağa çağırışlar edib, lakin "10 sentyabr səfərbərliyi"nə qoşulma ilə bağlı yekun qərar yoxdur.

Hələlik Yelisey sarayı və Daxili İşlər Nazirliyi konkret fikir bildirməkdən yayınırlar, onlar məlumat topladıqlarını və müşahidə etdiklərini bəyan edir və hərəkatın sentyabr ayında özünü necə büruzə verəcəyi ilə bağlı fikir söyləməyin tez olduğunu bildirirlər. Hərəkatın hansı gücə malik olması ilə bağlı da aydın mülahizə yoxdur.

Qeyd edək ki, Fransa Avropa İttifaqının ikinci iqtisadiyyatı sayılsa da, inkişaf templərinə görə Avropa üzrə orta göstəricilərdən geri qalır. Baş nazir Fransua Bayrun təklif etdiyi qənaət paketini xarici dövlət borcunun yüksək olması ilə əlaqələndirib. Təklif qəbul olunarsa, dövlət qurumlarının birləşdirilməsi, pensiya və sosial müavinətləri də əhatə edən bir sıra xərc maddələrinin dondurulması və hətta iki dövlət bayramının ləğvi nəzərdə tutur.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Avqust 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri