Makron və Lekornudan “TARİXİ İLK”: ...ən aşağı səviyyədədirlər
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada prezident seçkilərinə bir neçə ay qaldığı, yanacaq və qaz qiymətlərinin artmağa davam etdiyi və fransızların qızmar yay yaşadığı bir vaxtda bütün diqqətlər hökumətə yönəlib.
Bakıvaxtı.az “actu.fr”ə istinadla xəbər verir ki, bu ölkə lideri Emmanuel Makronun prezidentliyinin on ilini qiymətləndirməyin vaxtı gəlib çatıb.
“Ipsos BVA-Cesi” barometrinin açıqladığı hesabata görə, E.Makron və baş nazir Sebastyan Lekornunun populyarlığı tarixin ən aşağı səviyyəsindədir. 9-10 sentyabr tarixləri arasında onlayn olaraq keçirilən bu sorğuya görə, dövlət başçısı hakimiyyətə gəldikdən bəri ən pis populyarlıq səviyyəsinə çatıb, iyul ayı ilə müqayisədə 5 bal az, yalnız 16% müsbət rəy alıb. Sorğuya görə, “Renaissance”, “MoDem” və “Horizons” (53%, -19 bal) tərəfdarları arasında müsbət rəyin kəskin şəkildə azalması müşahidə olunur.
Baş nazirin də vəziyyəti o qədər yaxşı deyil. Onun da, populyarlığı 7 bal azalaraq 20 % təşkil edir. Fransızların əsas narahatlıqları alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Sorğuda iştirak edənlərin 54%-i buna dair narahatlıq ifadə edib. Sonrakı yerlərdə sosial sistemin gələcəyi (40%), ətraf mühit (31%), immiqrasiya (31%) və borc və kəsir səviyyəsi (30%) gəlir.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 14 Sentyabr 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















