Icma.az
close
up
RU
Makron yeni təyyarədaşıyan gəmi tikintisi ilə bağlı yekun qərarı açıqlayıb

Makron yeni təyyarədaşıyan gəmi tikintisi ilə bağlı yekun qərarı açıqlayıb

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Fransa Hərbi Dəniz Qüvvələrində bu tip yeganə gəmi olan "Şarl de Qoll" gəmisini əvəz edəcək yeni təyyarə daşıyan gəminin tikintisi layihəsinin yekun təsdiqini elan edib.

Bizimyol.info xəbər verir ki, o, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hərbi bazasında Fransa hərbçiləri qarşısında çıxışı zamanı verib.

"Yırtıcılar dövründə biz güclü olmalıyıq ki, bizdən qorxsunlar, xüsusən də dənizdə güclü olmalıyıq. Buna görə də, son iki hərbi planlaşdırma qanununa əsasən və hərtərəfli analizdən sonra, Fransanı yeni bir təyyarədaşıyan gəmi ilə təmin etmək qərarını verdim. Bu genişmiqyaslı proqramın başlanması ilə bağlı qərar bu həftə qəbul edilib", – deyə Makron bildirib.

Makron onun tikintisində 800 şirkətin iştirak edəcəyini bildirib. Prezident 2026-cı ilin fevral ayında yeni gəminin salınacağı gəmiqayırma zavoduna baş çəkməyi planlaşdırır. Mediada yayılan məlumatlara görə, sözügedən gəmiqayırma zavodu Fransanın qərbindəki Sen-Nazer şəhərində yerləşir.

Yeni Nəsil Təyyarədaşıyan (PANG) layihəsi Fransada bir neçə ildir müzakirə olunur. Bu, Fransa Hərbi Dəniz Qüvvələrinin xidmətində olan yeganə gəmi olan "Şarl de Qoll" gəmisini əvəz etmək üçün nəzərdə tutulub. 1994-cü ildə istifadəyə verilən gəmi 40-a qədər "Rafale" qırıcı təyyarəsi, eləcə də bir neçə helikopter daşıya bilər. Gəminin uzunluğu 261 metr, su tutumu 42.500 tondur və heyəti təxminən 2000 nəfərdir.

Fransa hakimiyyət orqanlarının məlumatına görə, yeni gəminin 2038-ci ildə "Şarl de Qoll" gəmisini əvəz etməsi planlaşdırılır. Onun daha güclü nüvə mühərrik sistemi ilə thciz edilməsi, daha uzun (təxminən 300 metr) olması və sələfindən (75.000 ton) xeyli ağır olması gözlənilir. 2024-cü ilin aprel ayında Fransa Silahlı Qüvvələr Nazirliyi gələcək gəmi üçün 600 milyon avro dəyərində qiymətləndirilən nüvə elektrik stansiyası sifarişi verib. "Şarl de Qoll" gəmisindəki iki K15 nüvə reaktoru 150 MVt güc təmin etsə də, gələcək gəmidə olan yeni nəsil K22 reaktorlarının ümumi gücü 450 MVt-a çatacaq.

2025-ci il büdcə qanununa əsasən, ölkə hakimiyyəti yeni təyyarədaşıyan gəminin tikintisi üçün bir neçə il ərzində 10,2 milyard avro ayırmağı planlaşdırır. Bu arada, layihəyə qarşı çıxan Fransa Kommunist Partiyasının katibi Fabien Russel 2025-ci ilin noyabr ayında onun tikintisinin 16 milyard avroya başa gələcəyini bildirmişdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see296

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see239

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see156

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see149

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see144

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see142

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

30 u adlayan dəyərlilər

20 Dekabr 2025 11:45see130

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri