İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil Nazir müavinin deputatların qarşısınakı çıxışına reaksiya
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kənd təsərrüfatı nazirinin müavin İlhamə Qədimovanın Milli Məclisdəki çıxışı birmınalı qarşılanmayıb.
Mia.az-ın məlumatına görə, nazir müavini deputatlar qarşısında bildirib ki, kənd təsərrüfatı sahəsində kadrlar tapa bilmirlər: “Bildiyimiz kimi, yaşlanan kadrların sıradan çıxması ilə bizdə bir açıq yaranır. Açıq isə, ali təhsilin müddətini nəzərə alsaq, bir ilə qapana bilmir. Yəni, dörd illik ali təhsilə çoxlu tələbə gəlməlidir ki, siz o açığı bağlayasınız və bu bilirsiniz ki, qeyri-mümkündür”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Gununsesi.info-ya nazir müavininin dedikləriniu şərh edib.
Vahid Məhərrəmovun sözlərinə görə, İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil: “O, ixtisasca hüquqşünasdır. Nazirliyin yeni komandası 7 ildir ki, çalışır. Mənə maraqlı olan budur ki, bu sözləri deyərkən deputatlardan kimsə reaksiya verməyib.
Biri qalxıb deməyib ki, 7 ildə minlərlə mütəxəssislər hazırlamaq olardı, niyə hazırlamamısınız, yaxud, bu 7 ildə konkret olaraq nə işlə məşğul olmusunuz? Kənd təsərrüfatında naşı olsalar da, sözlə manipulyasiya etməyi, vəziyyətdən çıxmağı, gözə kül üfürməyi yaxşı bacarırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















