“10 min Azərbaycan çempionatı üçün böyük məbləğdi” “İmarət Tayfa” narahat deyil
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Sabah” sabit oyun və nəticələr ilə turnir cədvəlindı potensial liderdi. “Bayquşlar” “Qarabağ”ı da məğlub edəndən sonra onları çempion kimi görənlərin, ağdamlıların titulu əldən verəcəyini düşünənlərin sayı artıb. Üstəlik AFFA İntizam Komitəsi son iclasda “köhlən atlar”ı azarkeşlərin davranışına görə 10 min manat cərimələdi.
Bu məsələlərlə bağlı “Qarabağ”ın əsas fanklubu “İmarət Tayfa”nın rəhbəri Elnur Quliyevin fikrini öyrəndik:
“Bəzən çempionluq mübarizəsi son tura, hətta son saniyələrə qədər gedir. Dəfələrlə bunun şahidi olmuşuq. İstər bizim çempionatda, istərsə də Avropada. Çempionat maraqlı olsa, azarkeş sayına da təsir edər. Çempionatı maraqlı etmək lazımdı. Reallıq budu ki, oyunlara orta və kasıb təbəqə gəlir. Oyun günü mən şəxsi səbəblərdən gedə bilməmişdim. Futboldu, olur belə şeylər. Gözəl olardı ki, olmasın. Amma azarkeş varsa… Mənim özümə də maraqlıdı ki, nəyə görə belə cərimələnmişik? 10 min Azərbaycan çempionatı üçün böyük məbləğdi”.
Xatırladaq ki, “Qarabağ” azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə 7000, oturacaqları sındırdığına, stadiona zərər vurduğuna görə 3000 manat cərimələnib. Eyni zamanda, stadiona dəyən ziyanı “Qarabağ” qarşılamalıdı.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 22 Dekabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















