Makrondan Pezeşkiana: Hücumları dərhal dayandır!
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, Fransa lideri bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Makron qeyd edib ki, hazırda Fransa səfirliyində olan Sesil Koler və Jak Parinin təhlükəsizliyi və Fransaya qayıtmaları rəsmi Paris üçün tam prioritet qalır.
O, həmçinin İranın regiondakı ölkələrə hücumları dərhal dayandırmasının vacibliyini vurğulayıb və Tehranı Hörmüz boğazının de-fakto blokadasına son qoymaqla naviqasiya azadlığını təmin etməyə çağırıb.
Fransa Prezidenti İranın nüvə və ballistik raket proqramlarını inkişaf etdirməsi, eləcə də regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlığını bildirib. Onun sözlərinə görə, bu, mövcud böhranın səbəbidir.
Makron qeyd edib ki, bu çağırışları həll etmək, eskalasiyanı dayandırmaq və sülhü qorumaq üçün diplomatik yol hər zamankından daha vacibdir.
Onun sözlərinə görə, tərəflər əlaqə saxlamaq barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 08 Mart 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















