Makrondan Ukrayna ilə bağlı xəbərdarlıq: Qərbin etibarı sarsıla bilər
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna münaqişəsi tezliklə həll edilməsə, Avropa və ABŞ-nin təhlükəsizlik məsələlərində etibarı sarsılacaq.
Teleqraf xəbər verir ki, o, bu barədə Sinqapurda keçirilən Şanqri-La Dialoq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Makron çıxışında qeyd edib ki, ABŞ və avropalıların Ukraynadakı vəziyyəti qısa müddət ərzində həll edə bilməməsi onların digər regionlarda, o cümlədən Asiyada hər hansı böhranın həllində etibarını əhəmiyyətli dərəcədə azalda bilər.
Fransa prezidenti, həmçinin Asiyada təhlükəsizlik vəziyyətinin pisləşməsi və Qərbin Çinlə rəqabətinin güclənməsi fonunda Ukrayna münaqişəsinin gedişatının Qərbin qlobal nüfuzuna ciddi təsir göstərə biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, hazırkı mürəkkəb beynəlxalq şəraitdə bu münaqişənin həlli beynəlxalq sabitlik üçün vacib şərtdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 May 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















