Makronu hakimiyyətə onlar gətirib Cənubi Qafqazda uduzsa...
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa parlamentinin etimadsızlıq səsverməsindən sonra Baş nazir Mişel Barnier hökumətinin istefası tələbini qəbul edib. Emmanuel Makron isə 2027-ci ilədək – səlahiyyət müddətinin sonuna qədər vəzifəsini davam etdirmək niyyətini təsdiqləyib.
Bu qədər təzyiq və problem fonunda Makron vəzifədə qala biləcəkmi?
Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Makron təzyiqlərə əhəmiyyət vermir:
“Çünki onu korporativ maraqlar hakimiyyətə gətirib. Makronun güvəndiyi güc var və ona arxayındır. Əks təqdirdə bu qədər etiraza tab gətirə bilməzdi.
Fransa xalqının etirazlarına baxmayaraq, görünür, Makronu hakimiyyətə gətirən şəxslər ondan məmnundur. Fransanın Yaxın Şərq, Cənubi Qafqaz maraqları təhlükə altına düşərsə, Makronun hakimiyyətdən getməsinin şahidi ola bilərik. Yəni Makron fiqurdur. Onun ardındakı gücə, dəstəkləyənlərə baxmaq lazımdır. O, fransız xalqının iradəsi ilə deyil, bir qurum maliyyədarının pulu ilə hakimiyyətə gəlib”.
Turan Rzayev
Globalinfo.az
Baxış sayı:134
Bu xəbər 06 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















