Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Bu, Cənubi Qafqazda balansın pozulmasına gətirib çıxarır

Bu, Cənubi Qafqazda balansın pozulmasına gətirib çıxarır

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Son illər mədəni irs mövzusu getdikcə daha çox beynəlxalq müzakirələrin mərkəzində yer alaraq humanitar çərçivədən kənara çıxır və açıq şəkildə siyasi məzmun daşıyır. Bu baxımdan, Cənubi Qafqaz tarix, yaddaş və identiklik məsələlərinin xarici təsir alətinə çevrildiyi bir məkan kimi xüsusilə diqqət çəkir. Azərbaycanın azad edilmiş əraziləri ətrafında formalaşan müzakirələrdə səsləndirilən bəzi fikirlər və qiymətləndirmələr çox vaxt uzun illər davam etmiş işğalın nəticələrini nəzərə almadan təqdim olunur. Halbuki, regionda mədəni irsin real vəziyyətini müəyyən edən əsas amil məhz həmin dövrdə baş verən proseslərdir”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, işğal illərində Azərbaycanın bu ərazilərində çoxsaylı tarixi-mədəni və dini abidələr dağıdılıb və ya ciddi zərər görüb. Söhbət ayrı-ayrı hallardan deyil, həm memarlıq abidələrini, həm qəbiristanlıqları, həm də mədəni irsin digər elementlərini əhatə edən sistemli prosesdən gedir. Xüsusilə, qəbiristanlıqların dağıdılması və dini obyektlərin təhqir edilməsi faktları dərin narahatlıq doğurur. Bu hallar yalnız maddi deyil, həm də mənəvi baxımdan ciddi zərbədir, çünki onlar xalqın tarixi yaddaşına və mədəni kimliyinə yönəlmiş təsir kimi qiymətləndirilir. Bu məsələlərin təhlilində əsas meyar emosional yanaşma deyil, foto və video materialları, peyk görüntüləri, yerində aparılan araşdırmaların nəticələri bu faktlara əsaslanan sübutlardır.

Onun sözlərinə görə, müasir mərhələdə diqqət çəkən əsas məqamlardan biri mədəni irs mövzusunun getdikcə daha çox siyasi təzyiq aləti kimi istifadə olunmasıdır. Müxtəlif ölkələrdə qəbul edilən bəzi parlament qərarları və bəyanatlar problemin kompleksliyini nəzərə almadan birtərəfli yanaşma formalaşdırır. Bu yanaşma Cənubi Qafqaz üçün adekvat deyil. Beynəlxalq münasibətlər tarixi göstərir ki, humanitar mövzular dəfələrlə geosiyasi təsir alətinə çevrilib. 1990-cı illərdə Balkanlarda baş verən münaqişələr zamanı mədəni irsin dağıdılması məsələsi informasiya mübarizəsinin əsas elementlərindən biri olmuş və beynəlxalq ictimai rəyin formalaşmasına ciddi təsir göstərmişdi. Eyni tendensiyalar Yaxın Şərqdə də müşahidə olunub, burada Palmira şəhərindəki abidələrin məhv edilməsi yalnız mədəni faciə deyil, həm də qlobal siyasi diskursun bir hissəsi kimi təqdim olunmuşdu. Bir çox hallarda ayrı-ayrı epizodların qabardılması ümumi mənzərəni kölgədə qoyaraq siyasi təzyiq mexanizminə çevrilirdi.

“Bu gün oxşar proseslər Cənubi Qafqazda da müşahidə olunur. İşğalın nəticələrinin nəzərə alınmaması və birtərəfli informasiya fonunun yaradılması beynəlxalq gündəlikdə balansın pozulmasına gətirib çıxarır. Bu xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin aktivləşdiyi bir dövrdə daha aydın görünür. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsi istiqamətində aparılan danışıqlar regionda yeni reallıq formalaşdırır. Lakin məhz belə mərhələlərdə xarici informasiya və siyasi təzyiqin artması müşahidə olunur”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, humanitar mövzuların siyasiləşdirilməsi bu kontekstdə danışıqlar prosesinə təsir göstərmək, tərəflərin mövqelər balansını dəyişmək və ya sülh prosesinin dinamikasını zəiflətmək cəhdi kimi qiymətləndirilə bilər. Beynəlxalq təcrübə isə göstərir ki, humanitar məsələlərin siyasi alətə çevrilməsi uzunmüddətli və dayanıqlı nəticələrə gətirib çıxarmır. Əksinə, bu yanaşma etimadsızlığı artırır və dialoqu çətinləşdirir. Müharibədən sonrakı Avropa təcrübəsi göstərir ki, humanitar məsələlərin siyasiləşdirilməsindən imtina edilməsi və mədəni irsin qorunması sahəsində birgə mexanizmlərin yaradılması etimadın bərpasında mühüm rol oynayıb. UNESCO çərçivəsində həyata keçirilən proqramlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Bu təcrübə sübut edir ki, davamlı həll yolları yalnız bütün faktların qəbul edilməsi və obyektiv yanaşma əsasında mümkündür.

“Azərbaycan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayaraq mədəni və dini abidələrin bərpasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu proses yalnız infrastrukturun bərpası deyil, həm də tarixi yaddaşın və mədəni həyatın dirçəldilməsi deməkdir. Eyni zamanda, beynəlxalq əməkdaşlıqda açıqlıq və şəffaflıq prinsipləri vurğulanır ki, bu da regionda yeni yanaşmanın formalaşdığını göstərir. Nəticə etibarilə, Cənubi Qafqazda mədəni irs mövzusu bu gün həm humanitar, həm də siyasi gündəliyin kəsişməsində yerləşir. Bu şəraitdə əsas vəzifə birtərəfli yanaşmalardan imtina etmək və faktlara əsaslanan obyektiv təhlilə üstünlük verməkdir. Tarix göstərir ki, humanitar məsələlərin siyasi təzyiq alətinə çevrilməsi sülhə xidmət etmir. Əksinə, yalnız tarixi həqiqətə hörmət və açıq dialoq regionda dayanıqlı gələcəyin əsasını təşkil edə bilər”,- deyə deputat vurğulayıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Aprel 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri