Makronu o şəkil nüfuzdan salır
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa Prezidenti Emmanuel Makronun reytinqi 21 faizə düşüb.
Lent.az xəbər verir ki, bu, “Le Journal du Dimanche” qəzeti üçün CSA şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.
Beləliklə, 1 000 fransız arasında keçirilən sorğunun nəticələrinə görə, dövlət başçısının reytinqi 7 faiz bəndi azalaraq 21 faizə düşüb. Hazırda respondentlərin yalnız 21 faizi Makronu dəstəkləyir, 79 faizi isə dövlət başçısının siyasətindən narazıdır.
Qeyd edilib ki, aransızlar təkrarlanan isti hava dalğalarından və meşə yanğınlarından əziyyət çəkirlər. Fransanın şərqində və cənubunda genişmiqyaslı meşə yanğınlarının tüğyan etdiyi vaxt istirahət edən Emmanuel Makronun hidrosiklin sükanı arxasında çəkilmiş fotosunun “Paris Match” jurnalında dərc olunması da prezidentin reytinqinin aşağı düşməsində rol oynayıb.
Baxış sayı:59
Bu xəbər 30 Avqust 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















