Icma.az
close
up
RU
Makronun boşuna cəhdləri: Fransanın Ukraynada özünə pay axtarması absurddur

Makronun boşuna cəhdləri: Fransanın Ukraynada özünə pay axtarması absurddur

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla Varşavada görüşərək, Ukraynada müharibədən sonrakı sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək. Bu barədə "Politiko"ya AB diplomatı və Fransa rəsmisi məlumat verib.

Polşanın “Rzeczpospolita” qəzetində iki ölkənin digər ölkələrin hərbçilərindən ibarət potensial 40 min nəfərlik sülhməramlı missiyanı müzakirə etdiyinə dair xəbərlə bağlı suala cavab verən avropalı diplomat bunu təsdiqləyib. Lakin o, hərbçilərin hansı ölkələrdən gətirilə biləcəyini açıqlamayıb.

Eyni zamanda, Polşa rəsmisi müttəfiqlərin Makronun təklifindən təəccübləndiyini vurğulayıb.

Diplomatın sözlərinə görə, sülhməramlı missiyalarla bağlı qərarlar Fransa prezidenti ilə ikitərəfli müzakirələr çərçivəsində deyil, BMT və ya ATƏT çərçivəsində qəbul edilməlidir. Rəsmilərin fikrincə, Polşa qoşunlarının Ukraynaya göndərilməsi yalnız NATO formatında məna kəsb edəcək.

Nəşr qeyd edib ki, xarici qoşunların Ukraynaya yeridilməsi Rusiya Prezidenti Vladimir Putinin gələcəkdə müharibəyə başlamayacağına zəmanət verə bilər.


Politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, Fransa dünyadakı nüfuzunu və mövqelərini ciddi şəkildə itirməyə başlayıb:


"Hazırda Makronun orduları Afrikadan böyük sürətlə qovulmaqdadır. Afrika ölkəsi olan Çad Fransadan bir ay ərzində öz hərbi bazalarını çıxarmaq haqqında tələb irəli sürüb. Fransa artıq bu ərazidən çıxmağa başlayıb. Belə bir situasiyada Rəsmi Paris və Makron hakimiyyəti böyük təlaş yaşayır. Ona görə də müxtəlif regionlarda fəallıq göstərmək cəhdləri ilə Fransanın hələ də böyük dövlət olduğu barədə rəy yaratmağa çalışır. Digər tərəfdən Tramp administrasiyası öz səlahiyyətlərinin icrasına başladıqdan sonra Ukrayna savaşı ilə bağlı situasiya tam şəkildə aydınlaşmağa başlayacaq. Çünki Tramp müharibənin dayandırılması ilə bağlı vədlər verib. Həmçinin bunu da yerinə yetirmək niyyətindədir. Bu baxımdan Fransanın Ukraynada sülhməramlı adı altında hərbi kontingent yerləşdirmək barədə ideyası bir qədər inandırıcı görünmür. Çünki sülh danışıqlarının şərtlərinin nədən ibarət olacağı təxmini bəllidir. Ukrayna ərazilərinin bir hissəsi Rusiyaya veriləcək. Qeyri-formal olaraq hazırkı cəbhə xətti yeni sərhəd xətti kimi qəbul olunacaq. Eyni zamanda Rusiyanın tələbləri sırasında Ukraynanın NATO-ya qəbul olunmaması, neytral ölkə olması ilə bağlı da tələblər mövcuddur".


Politoloqun sözlərinə görə, Tramp üçün əsas məsələ Ukraynanın ərazi itkiləri hesabına olsa da, bu müharibəni dayandırmaqdır:

"ABŞ istəyir ki, Ukraynanın təbii sərvətlərinin istismarı onların nəzarətinə keçsin. Üstəlik, Ukraynaya edilmiş maliyyə yardımlarının geri qaytarılması istiqamətində imkanlar qazanmağa çalışır. Fransanın da Ukraynada özünə pay axtarması tamamilə absurddur. Makronu bu prosesə buraxmayacaqlar. Yəni Rusiya Fransaya savaşın dayandırılması prosesində hər hansı formada imkan vermyəcək. Buna görə də Makron hakimiyyəti boşuna göstərilən cəhdlər təsirini bağışlayır. Tramp administrasiyası yanvarın 20-sindən sonra daha qəti addımlar atmağa başlayacaq. Bəzi məlumatlara görə, bu proses artıq səhnə arxasında davam edir. Rusiya ilə sövdələşmələrin mövcud olduğu haqqında xəbərlər var. Bir neçə gün öncə Parisdə Zelenski, Makron və Tramp arasında görüş keçirildi. Bu görüşdə ABŞ-ın yeni Prezidenti həm Zelenskiyə, həm də Makrona müharibəni özünün düşündüyü plan əsasında nizamlamaq niyyətində olduğunu bəyan etdi. Həmçinin Fransanın davranışları hətta sülh prosesinə müəyyən mənada çətinliklər törədə bilər. Bu halda da Tramp Makrona təzyiq göstərəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri