Icma.az
close
up
RU
Makronun legitimliyinin yoxlanılması üçün vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi istənilir

Makronun legitimliyinin yoxlanılması üçün vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi istənilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 8 sentyabr, AZƏRTAC

Fransa Milli Assambleyanın Somme departamentindən olan deputatı Fransua Ruffen Prezident Emmanuel Makronun legitimliyinin yenidən yoxlanması üçün ölkədə prezident seçkilərinin vaxtından əvvəl keçirilməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə o, sentyabrın 8-də "ICI Picardie" radiosuna müsahibəsində danışıb. Fransua Ruffen bildirib: “Ölkəmizdə hansı yeni istiqaməti götürəcəyimizə qərar vermək üçün altı ay vaxt ayrılmalıdır və bu müddətin sonunda, yəni, yaz aylarında yeni prezident seçkiləri keçirilməlidir”. O, Emmanuel Makronun bu seçkilərə yenidən qatılmasının mümkünlüyünü də istisna etmir. “Əgər Makron xalqın qarşısına çıxaraq öz legitimliyini sübut etmək istəyirsə, qoy çıxsın. Bu, ölkədə uzunmüddətli sabitliyin bərpası üçün yeganə yoldur”, - deyə F.Ruffen vurğulayıb.

O, Fransua Bayru hökumətinə etimad səsverməsində iştirak edəcəyini, lakin etimad səsi verməyəcəyini də açıq şəkildə bildirib: “Bu siyasi bir epizoddur. Bayru özü kreslosunu riskə atmağa qərar verdi. İndi geri addım atıb mərhəmət istəyə bilməz”.

Fransua Ruffen, həmçinin ölkədəki büdcə kəsiri və vergi siyasətini də sərt tənqid edib. Onun sözlərinə görə, Emmanuel Makron son beş il ərzində xüsusilə böyük sərvətə sahib olanlara və iri korporasiyalara vergi güzəştləri edib.

“Bu siyasət nəticəsində kasıb əhali daha çox vergi verir. Məsələn, kiçik qəssab “Amazon”dan daha çox vergi ödəyir. Bir milyarder isə öz katibindən az vergi verir”, - deyə Somme departamentinin deputatı qeyd edib.

O, İmtiyazlı Sərvətlərə Əlavə Verginin bərpasını, iri miraslara vergi və dividend gəlirlərinə xüsusi vergi tətbiqini tələb edir. Deputatın fikrincə, son 30 ildə sərvətləri 14 dəfə artan Fransa milyarderləri bu böhranın əsas yükünü daşımalıdır.

Ruffen daha çox solçu yönümlü bir hökumət qurulmasının vacibliyini vurğulayıb. “Bəli, solçu qüvvələr Milli Assambleyada çoxluğa sahib deyil. Amma keçənilki seçkilərdə birinci yeri tutduq. Bu böyük qələbə olmasa da, bir başlanğıcdır. Bu alternativ siyasət heç sınanmayıb. Gəlin sınayaq”, - deyən deputat solçuların hökumətə gəlməsindən danışıb.

“Bu ədalətsiz və səmərəsiz siyasət sona çatmalıdır. Makron öz siyasi blokuna deməlidir: “İcazə verin, başqa bir yol yoxlayaq”, - deyə o, Makrona çağırış edib.

Bu çağırış Fransada siyasi gərginliyin artdığı və Bayru hökumətinin taleyinin həlledici olduğu bir dönəmdə verilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri