Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 11 oktyabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makronun populyarlıq reytinqi 2017-ci ildə hakimiyyətə gəldikdən bəri ən aşağı səviyyəyə enərək 15 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti üçün “Ipsos BVA-CESI” sosioloji xidməti tərəfindən keçirilən sorğunun nəticələrində bildirilib.
Nəşrin məlumatına görə, Makronun populyarlığının azalması fransızların ölkədəki iqtisadi vəziyyətlə bağlı narahatlığının artması fonunda baş verir. Sorğuda iştirak edənlərin 70 faizi şəxsi maddi vəziyyətləri ilə əlaqədar narahatlıq ifadə edib.
Əhalini narahat edən əsas məsələlər arasında alıcılıq qabiliyyəti, sosial müdafiə sisteminin gələcəyi, eləcə də dövlət borcunun və büdcə kəsirinin səviyyəsi yer alıb.
Sorğu oktyabrın 7-8-də Fransada yaşayan 18 yaşdan yuxarı 1 000 nəfər arasında keçirilib.
Qeyd edək ki, Emmanuel Makronun populyarlıq reytinqi ilə bağlı əvvəlki antirekord göstərici sentyabr ayında qeydə alınmış və 16 faiz təşkil etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Oktyabr 2026 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















