Icma.az
close
up
RU
Makronun yeritdiyi daxili və xarici siyasət həm Fransada, həm də beynəlxalq aləmdə mənfi qarşılanır ŞƏRH

Makronun yeritdiyi daxili və xarici siyasət həm Fransada, həm də beynəlxalq aləmdə mənfi qarşılanır ŞƏRH

Icma.az bildirir, Operativmedia portalına istinadən.

"Fransada siyasi böhran yaşanmaqdadır. Siyasi böhranın əsas səbəbi Fransanın Baş naziri Mişel Barnye Fransa konstitusiyasının 49.3 maddəsinə istinad edərək sosial sığorta ilə bağlı məsələləri parlamentdə müzakirə etmədən təsdiqləməsidir. Parlamentdə sol və sağ partiyalar birləşərək, parlamentin səlahiyyətlərinin azaldılması və baş nazirin səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirmişlər. Nəticədə hökumət əleyhinə 331 deputat səs verib. Söhbət parlamentin aşağı palatasından gedir".

Bu sözləri “Operativ Media”ya Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, 1962-ci ildən sonra ilk dəfə Fransada hökumətə etimadsızlıq və hökumətin istefası baş verib: " Prezident Makron da bu qərarı təsdiqləməli oldu. Çünki parlamentdə onun partiyası çoxluq təşkil etmir. Əgər Makronun partiyası çoxluq təşkil etsə idi, o əks mövqedən də dura bilərdi.

Fransada Mişel Barnye hökuməti ən az hakimiyyətdə qalan hökumət kimi tarixə düşdü. Cəmisi 90 gün hakimiyyətdə qaldı. Eyni zamanda Milli Cəbhə partiyasının rəhbəri Marine Le Pen bildirib ki, islahatlar təkcə parlamentin istefası ilə məhdudlaşmamalıdır, eyni zamanda Emmanuel Makron da istefa verməlidir. 2025-ci ildə növbədənkənar prezident seçkiləri keçirilməlidir. 2027-ci ili gözləmək lazım deyil. Fransadakı müxalifətin fikrincə, Emmanuel Makronun 7 illik fəaliyyəti indiki siyasi böhrana gətirib çıxarıb. Bütün məsuliyyət Makronun üzərinə düşür. İstisna deyil ki, 2027-ci ili gözləmədən, 2025-ci ildən əvvəl kənar prezident seçkiləri keçirilə bilər. Və bununlada Emmanuel Makron tarixin arxivinə göndərilsin.

Emmanuel Makron da öz ekdiklərini biçir. Onun yeritdiyi daxili və xarici siyasət həm ölkəsində, həm də beynəlxalq aləmdə mənfi qarşılanır. Xüsusilə də onun ada dövlətlərinə qarşı yeni müstəmləkəçilik siyasəti beynəlxalq aləmdə çox ciddi reaksiya doğurur.  Azərbaycan Fransanın əzdiyi və tapdaladığı xalqların müdafiəsi kimi çıxış edir. Bu da bizim haqq və ədalətin yanında yer aldığımızı göstərir. Bu, bizim siyasətimizin mahiyyətindən irəli gələn hadisədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 06 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri