Icma.az
close
up
RU
Mal ətinin mənfi müsbətləri

Mal ətinin mənfi müsbətləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Sağlam qidalanma mövzusu cəmiyyətdə hər zaman diqqət mərkəzində olub. Xüsusilə də qırmızı ətin, o cümlədən mal ətinin insan sağlamlığına təsiri ilə bağlı fikirlər illərdir ziddiyyətlidir. Bir tərəf onu müxtəlif xəstəliklərin mənbəyi kimi təqdim edir, digər tərəf isə bu yanaşmanın elmi əsaslara tam söykənmədiyini bildirir. ABŞ-ın İllinoys Ştatının Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan yeni araşdırma bu mübahisələrə daha təmkinli və balanslı yanaşma təklif edir.

Nüfuzlu “Current Developments in Nutrition” elmi jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, gündəlik olaraq emal olunmamış mal əti istehlakı II tip şəkərli diabetin yaranma riskini və orqanizmdə iltihab səviyyəsini artırmır. Tədqiqatda artıq çəkisi olan və prediabet diaqnozu qoyulmuş 24 yetkin şəxs iştirak edib. İştirakçılar 2 ay ərzində növbəli şəkildə 2 fərqli qidalanma rejiminə əməl ediblər. Bir mərhələdə gündəlik menyuda 170–200 qram emal olunmamış mal əti yer alıb, digər mərhələdə isə eyni miqdarda quş əti istifadə edilib. Hər bir mərhələ 28 gün davam edib və arada iştirakçıların adi qidalanmaya qayıtdığı qısa bir fasilə verilib. Bu fasilə tədqiqatın nəticələrinin daha obyektiv olmasına, əvvəlki mərhələnin təsirinin sonrakı nəticələrə qarışmamasına xidmət edib.

Aparılan ölçmələr və analizlər göstərib ki, mal əti ilə zəngin rasion insulinə həssaslığı zəiflətmir, mədəaltı vəzinin beta hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərmir, qanda şəkərin səviyyəsini yüksəltmir və iltihab göstəricilərini artırmır. Ürək-damar və maddələr mübadiləsi ilə bağlı əsas göstəricilər quş ətinin üstünlük təşkil etdiyi qidalanma rejimi ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalıb. Başqa sözlə, orqanizm mal ətini gündəlik rasionun bir hissəsi kimi qəbul etdikdə, bu, gözlənildiyi kimi təhlükəli nəticələr doğurmayıb.

Alimlər xüsusilə vurğulayırlar ki, söhbət kolbasa, sosiska və ya bekon kimi emal olunmuş məhsullardan deyil, təbii və emal edilməmiş mal ətindən gedir. Əvvəlki tədqiqatlar məhz emal olunmuş ət məhsullarının xərçəng və metabolik pozuntular riskini artırdığını sübut edib. Bu isə göstərir ki, problemin kökü təkcə ətin özündə deyil, onun hansı formada və hansı qidalanma kontekstində istehlak edilməsindədir.

Mal əti insan orqanizmi üçün vacib olan yüksəkkeyfiyyətli zülal, dəmir, sink və B12 vitamini ilə zəngindir. Bu maddələr əzələ kütləsinin qorunmasında, qan dövranında və sinir sisteminin sağlamlığında mühüm rol oynayır. Lakin alimlərin fikrincə, burada əsas məsələ miqdar və balansdır. Tərəvəz, tam taxıl məhsulları və liflə zəngin qidalarla birlikdə qurulan rasionda mal əti təhlükə mənbəyi deyil, əksinə, düzgün istifadə olunduqda faydalı ola bilər.

Tədqiqatın müəllifləri hesab edirlər ki, prediabet zamanı əsas hədəf ayrı-ayrı qida məhsullarını qadağan etmək yox, ümumi qidalanma vərdişlərini sağlam məcraya yönəltməkdir. Çəkinin nəzarətdə saxlanılması, fiziki aktivlik, şəkərli içkilərdən və rafinə olunmuş karbohidratlardan uzaq durmaq diabet riskinin azalmasında daha həlledici rol oynayır. Bu araşdırma bir daha göstərir ki, sağlam qidalanma sərt qadağalar üzərində deyil, düşünülmüş seçimlər və tarazlıq üzərində qurulduqda daha effektiv və davamlı olur.

Odur ki, sağlam qidalanma məsələlərində qorxu yaradan çağırışlar əvəzinə, elmi sübutlara əsaslanan, ölçülü və balanslı yanaşma daha məqsədəuyğundur. Emal olunmamış mal əti düzgün porsiyalarla və sağlam həyat tərzi çərçivəsində istifadə edildikdə, düşündüyümüz qədər riskli olmaya bilər. Qidalanma ilə bağlı qərarlar verərkən fərdi sağlamlıq vəziyyətini və mütəxəssis tövsiyələrini nəzərə almaq isə hər zaman ən doğru seçim olaraq qalır.

Nurəngiz ADİLQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri