Mal qaranı gətirmək üçün getdi, meyiti tapıldı
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəranda qətl hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.
Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.
Kəsici-deşici alətlə öldürülən V. Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.
Faktla bağlı rayon prokrorluğunda araşdırma başlanılıb.
Surxay Şahbazov
Bu mövzuda digər xəbərlər:Universitet mal qaranı satıb? Rəsmi CAVAB
21 Mart 2025 23:59
Yük maşını iribuynuzlu mal qaranı vurdu
25 Oktyabr 2025 16:17
Tövlədə mal qaranı yemləyərkən həyatından oldu
20 Avqust 2026 23:05
Avtomobil mal qaranı vuraraq, aşdı: Yaralılar var
21 İyun 2026 20:33
Ağstafa avtomobil iribuynuzlu mal qaranı vurub FOTO/VİDEO
25 Oktyabr 2025 16:23
Baxış sayı:110
Bu xəbər 30 May 2025 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















