Icma.az
close
up
RU
“Malayziya Azərbaycanın gələcəkdə geniş əməkdaşlıq edə biləcəyi dövlətlərdəndir” ŞƏRH

“Malayziya Azərbaycanın gələcəkdə geniş əməkdaşlıq edə biləcəyi dövlətlərdəndir” ŞƏRH

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Malayziya Azərbaycandan minlərlə kilometr uzaqda yerləşsə də, bizim üçün çox önəmli dövlətlərdən biridir. Xüsusilə qlobal platformalarda Malayziyanın Azərbaycana hər zaman rəğbətlə yanaşdığını görürük”.

Bu sözləri SİA -ya açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Onun sözlərinə görə, həmin ölkənin sakinlərinin və vətəndaşlarının Azərbaycana münasibəti də yüksəkdir:

”Mən şəxsən bunun şahidi olmuşam. Hətta Azərbaycandan kənarda, beynəlxalq qurumların tədbirlərində iştirak edərkən münasibətlərimizdə bizə qarşı böyük rəğbətin olduğunu görmüşəm.

Malayziya Azərbaycanın gələcəkdə böyük əməkdaşlıq imkanları yarada biləcəyi dövlətlərdən biridir. Mən düşünürəm ki, təkcə Malayziya ilə deyil, bütövlükdə həmin regionun digər dövlətləri, xüsusilə də İndoneziya ilə münasibətlərimizi inkişaf etdirməliyik. Bundan başqa, regionda yerləşən çoxsaylı ada dövlətləri ilə əlaqələrin daha yüksək səviyyəyə çatdırılması da Azərbaycanın xeyrinə ola bilər.

Biz “dünyanın o başıdır” deyib bu coğrafiyaya laqeyd yanaşmamalıyıq və “bizim hansı ortaq cəhətlərimiz var?” sualını verməklə kifayətlənməməliyik. Ən azı həmin coğrafiyanın, o cümlədən Malayziya və İndoneziyanın daxil olduğu geniş regionun böyük müsəlman coğrafiyası olduğunu nəzərə almalıyıq. Din baxımından ən azı ortaq bağlarımız var.

Bundan başqa, Azərbaycan olmasa da, tarixən Osmanlı imperiyasının həmin bölgələrə müəyyən təsir imkanları olub. Bu baxımdan, tarixi əlaqələr üçün də müəyyən əsasların olduğunu söyləmək mümkündür.

Düşünürəm ki, biz həmin coğrafiyanı boş buraxmamalıyıq. Əksinə, Malayziya da daxil olmaqla, oradakı böyük və kiçik dövlətlərlə yaxşı münasibətlər qurmalı, mövcud əlaqələri daha da inkişaf etdirməliyik. Bu, bizim üçün olduqca vacib istiqamətdir. Çünki həmin dövlətlər Azərbaycanı daha yaxından tanıdıqca, ölkəmiz bunun qarşılığında çox şey qazana bilər. Söhbət əhalisi çox, ərazisi böyük və dünya siyasətində özünəməxsus yeri olan dövlətlərdən gedir. Əlbəttə, onların arasında Malayziya da xüsusi yer tutur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri