Icma.az
close
up
RU
Malik Mansurov: Muğamı sevmək üçün onu dinləmək lazımdır

Malik Mansurov: Muğamı sevmək üçün onu dinləmək lazımdır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 avqust, AZƏRTAC

Muğama marağı məcbur etmək olmaz. Əvvəlcə insan bu musiqini eşitməli, onun səslənməsinə öyrəşməli, sonra isə tədricən onun xüsusiyyətlərini ayırd etməyi və başa düşməyi öyrənməlidir. Muğamla məhz belə tanışlıq bu sənətə sevginin başlanğıcıdır.

Bunu AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycan Milli Konservatoriyasının instrumental muğam kafedrasının müdiri dosent, Xalq artisti Malik Mansurov deyib.

Bunu cazın qavranılması ilə müqayisə edən M.Mansurov tanınmış musiqiçi Cavan Zeynallının sözlərini xatırladıb. O, cazı dinləməyi necə öyrənmək barədə suala cavabında, ilk növbədə, onu çox dinləməyi tövsiyə edib. Xalq artistinin fikrincə, muğam üçün də eyni yol keçərlidir. “Muğamı sevmək üçün əvvəlcə onu dinləmək lazımdır. Çox dinləmək – günlərlə, aylarla. O zaman onu sevməyə başlayırsan. Sonra ayrı-ayrı səsləri ayırd etməyə başlayırsan. Beləliklə, insan özü də fərqinə varmadan bu musiqini mənimsəyir”, - deyə o bildirib.

M.Mansurov ifaçılıqda müasir tendensiyalara, eləcə də gənclərin muğama münasibətinə ayrıca toxunub. Onun sözlərinə görə, bu gün gənc musiqiçilər dünya musiqisinin müxtəlif janr və istiqamətləri ilə tanış olur, bəzi elementlər isə onların muğam ifasındakı təfsirində də öz əksini tapır. “Gənc ifaçıların yaradıcılığında yeni yanaşmalar hiss olunur. Onlar dünya musiqisindən ayrı-ayrı elementləri götürərək muğamda tətbiq edə bilərlər. Mən buna normal yanaşıram. Gənc insan öyrənir, öz yolunu axtarır. Zaman keçdikcə hər bir ştrixə və hər bir musiqi parçasına daha çox məna verməyə başlayır. Əsas odur ki, ifada fikir və məntiq olsun”, - deyə Xalq artisti qeyd edib.

Onun fikrincə, instrumental muğamın inkişafı ənənəyə ehtiyatla yanaşma ilə gənc ifaçıların öz yollarını axtarmalarına imkan yaradılmasının vəhdətinə əsaslanmalıdır. Bununla yanaşı, ustadların təcrübəsi mühüm əhəmiyyət daşıyır və bu təcrübə təlim və birgə iş prosesində bilavasitə növbəti nəslə ötürülür. M.Mansurov gənclərin muğamla tanışlığı məsələsinə də toxunub. Onun sözlərinə görə, bu sənətə marağı televiziya, radio və internet platformaları vasitəsilə onun tarixi, görkəmli ifaçıları və onların yaradıcılığı haqqında məlumat verməklə formalaşdırmaq olar. “Gəncləri muğama qulaq asmağa məcbur etmək olmaz. Amma onların marağını oyatmaq olar. Bunun üçün muğam sənətinin böyük ustadlarını daha çox göstərmək və onlar haqqında daha çox danışmaq lazımdır”, - deyə o vurğulayıb.

Bununla yanaşı, M.Mansurov gənc dinləyiciləri muğam sənətinin korifeylərinin yaradıcılıq irsi ilə tanış etməyi vacib hesab edir və onların arasında Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Məşədi Məhəmməd Fərzəliyev, Seyid Şuşinski, Xan Şuşinski, Mütəllim Mütəllimov, eləcə də tarzənlər Hacı Məmmədov və Əhməd Bakıxanovu qeyd edib.

O, keçmişin ifaçıları haqqında yaddaşın qorunub saxlanılmasının zəruriliyinə də ayrıca diqqət çəkib. M.Mansurov buna nümunə kimi Mirzə Məmməd Həsən Şirvanini göstərərək bildirib ki, onun yaratdığı bəzi melodiyalar bu gün də ifa olunur, lakin onların müəllifinin kimliyi gənc nəsil üçün hər zaman məlum olmur.

Xalq artisti Azərbaycanda televiziya və beynəlxalq muğam müsabiqələrinin, eləcə də bu sənətə həsr olunan digər tədbirlərin keçirildiyini də xatırladıb. O qeyd edib ki, belə təşəbbüslər auditoriyanın muğamla daha geniş tanış olmasına kömək edə bilər.

Müxbir - Lalə Minasazova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri