Icma.az
close
up
RU
“Mahnı bəstələmək üçün muğamı bilmək tələb olunmur” Cavanşir Quliyev

“Mahnı bəstələmək üçün muğamı bilmək tələb olunmur” Cavanşir Quliyev

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gün öncə ATV telekanalında yayımlanan “Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlu ilə müğənni və gənc bəstəkar Mürsəl Səfərov arasında maraqlı dialoq olub. Belə ki, aparıcı M.Səfərova muğamı bilib-bilməməsi ilə bağlı sual verib, qarşı tərəf isə muğamı bilmədiyini deyib. Aparıcı bəstəkarı buna görə tənqid edib, mahnı bəstələmək üçün muğamı bilməyin vacibliyini vurğulayıb. Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Doğrudanmı mahnı bəstələmək üçün muğamı bilmək lazımdır?

Globalinfo.az-a danışan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin sözlərinə görə, mahnı bəstələmək üçün muğamı bilməyə ehtiyac yoxdur.

O, xarici bəstəkarların muğamı bilmədiklərini vurğulayıb:

“Bəzi aparıcılar türklər demiş çox “interesan” adamlardır. Bunlar özlərini elə aparırlar ki, guya hər şeyi bilirlər. Adama deyərlər ki, qardaşım, sən hardan bilirsən ki, muğamı bilməyən mahnı bəstələyə bilər, yoxsa yox?! Bir təcrübənmi var, elmi araşdırmamı aparmısan? Necə yəni muğamı bilmədən mahnı yazmaq olmaz? Bəyəm Maykl Cekson və ya Beatles muğam bilirdi? Bu nə deməkdir, nə yanaşmadır? Hamısı boş şeylərdir. O kanalın bəzi aparıcılarının musiqi savadı çox aşağı səviyyədədir”.

C.Quliyev deyib ki, mahnı əgər dinləyicilər tərəfindən bəyənilirsə, yazan adamın onu necə bəstələməsi, muğamı bilib-bilməməsi önəmli deyil:

“Əgər tamaşaçı bir adamın bəstələdiyi mahnını qəbul edirsə, söhbət bitmişdir. Çünki ən böyük göstərici tamaşaçının mahnıya olan münasibətidir. Yalnız mahnı yox, ümumiyyətlə musiqi və bədii sənətdə də belədir. Tamaşaçı bunu bəyənirsə, “mütəxəssislərin” ağıllı-ağıllı danışmasının heç bir dəyəri yoxdur. Dinləyici sevsə, sevəcək. Kimisə məcbur edə bilməzsən ki, filan mahnını sevmə”.

Bəstəkarın fikrincə, tamaşaçını doğru tərbiyə etmək üçün uzun illər lazımdır:

“Uzun illər müddətində də düşünülmüş bir musiqi təbliğatı siyasəti olmalıdır. Sovet İttifaqı zamanında bunu edirdilər. Çünki idarəolunma sistemi mərkəzdən idi. Amma bu gün mümkün deyil. Hər bir telekanalın özünün təbliğat siyasəti var. Onlar isə heç kimlə məsləhətləşmirlər. Ona görə də “həftəbecər” aparıcıların sayı artır. Lakin ediləcək nəsə yoxdur. Hər şey siyasi quruluşa bağlıdır. Bizim də siyasi quruluşumuz demokratiya olduğu üçün kanallar istədiyini edir, aparıcılar da istədiklərini danışırlar”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri