Icma.az
close
up
RU
Maliyyə imkanları daha geniş olan şirkətlər öz hesabından işçinin vergisini ödəyəcək, digərləri işçilərini itirəcək

Maliyyə imkanları daha geniş olan şirkətlər öz hesabından işçinin vergisini ödəyəcək, digərləri işçilərini itirəcək

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarından yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki, təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir verigsi nəzərdə tutulub. Əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz tətbiq olunacaq.Şirkətlər bu cür hallarda hansı yolu izləyəcək? Şirkət vergini ödəmək üçün öz maliyyəsindən kəsəcək ya işçinin maaşından?Şirkət bu prosesin icrası üçün hüquqi formada nə edə bilər?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında əmək fəaliyyəti ilə bağlı məsələlər üzrə ekspert Valeh Umarov Valeh Umarov bildirib ki, dəyişikliklərin mərhələli şəkildə və əldə olunan gəlirə uyğun formada tətbiq edilməsi nəzərdə tutulur: “2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə cəlb olunacaq. 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə cəlb olunacaq. 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə cəlb olunacaq”.

Bəs 2019-cu ilin yanvar ayının 1-dən 7 illik müddətə tətbiq olunmuş güzəştin bitməsinin işçilərə, işəgötürənlərə, ümumilikdə iqtisadiyyata təsirləri necə olacaq?

“Əvvəlcə dəyişiklikləri işçilərə təsir yönündən dəyərləndirsək, təbii ki, muzdlu işə görə gəlir vergisinin yenidən tətbiq edilməsi işçilərin xalis gəlirlərinin azalmasına səbəb olacaq. Doğrudur, dəyişikliklərin mərhələli şəkildə və əldə olunan gəlirə uyğun formada tətbiq edilməsi nəzərdə tutulur. Buna baxmayaraq, işçinin əldə etdiyi gəlir azalacağından istehlak səviyyəsinin aşağı düşəcəyi gözlənilir. Məsələn, daha əvvəl 1000 manat gross əməkhaqqı (müvafiq sosial sığorta və digər ödənişlərdən sonra) alan işçi xalis 889 manat əldə edirdisə, 3% gəlir vergisinin tətbiqi ilə bu məbləğ təxminən 859 manata enəcək”-deyə ekspert qeyd edib.

Valeh Umarov vurğulayıb ki, işçilərin daha yüksək qazanc əldə edə biləcəkləri iş yerlərinə istiqamətlənmə ehtimalı var: “Dəyişikliklərin işəgötürənlərə təsiri isə iki aspektdən qiymətləndirilə bilər. Birinci halda maliyyə imkanları daha geniş olan, insan resurslarının inkişafına önəm verən, bazar rəqabətində mövqeyini qorumağa çalışan işəgötürənlər humanist davranış nümayiş etdirərək tətbiq olunmuş vergiləri işçidən tutmaq əvəzinə özü qarşılaya bilər. Yəni işəgötürən işçinin əmək müqaviləsinə dəyişiklik edərək "gross" əmək haqqını mütənasib formada artırmaqla işçinin dəyişikliklərə qədər əldə etdiyi məbləği qoruya bilər. Təbii ki, bu da işəgötürənlərin xərclərini artıracağından məcburi qaydada deyil, könüllü formada həyata keçiriləcək.

Məsələnin ikinci tərəfində isə bu xərcləri qarşılaya bilməyən işəgötürənlər var. Vergi məbləğinin illər üzrə artması ilə (2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%) işçinin əldə etdiyi gəlir azalacağından işəgötürənlər kadr çatışmazlığı ilə üzləşə bilərlər. Belə ki, işçilərin daha yüksək qazanc əldə edə biləcəkləri iş yerlərinə istiqamətlənmə ehtimalı var. Fikrimcə, bundan ən çox təsirlənən mikro sahibkarlıq subyektləri olacaq. Daha aşağı əməkhaqqı, iş məhsuldarlığının aşağı düşməsinə və işçilərin motivasiyasının azalmasına səbəb ola bilər.

Gəlir vergisi ilə bağlı dəyişikliklərin qeyd etdiyim kimi mənfi təsirləri olması ilə birlikdə, iqtisadiyyatda dövlət büdcəsinə daxilolmaların artması, dünya praktikasında istifadə olunan “gəlir səviyyəsinə görə ədalətli vergi sistemi”nin tətbiq edilməsi kimi müsbət təsirləri də olacaq”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri