Icma.az
close
up
RU
Maliyyə imkanları olsaydı, daha geniş fəaliyyət planı seçərdik MÜSAHİBƏ

Maliyyə imkanları olsaydı, daha geniş fəaliyyət planı seçərdik MÜSAHİBƏ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Akif Aşırlı: “Biz çalışdıq ki, müstəqil bir qəzet yaradaq və qismən də buna nail ola bildik”

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının SİA-ya müsahibəsini təqdim edirik:


- Öncə gəlin, “Şərq” qəzeti haqqında danışaq. 



- “Şərq” qəzetinin çapı rəsmən 1996-cı il noyabrın 1-dən göstərilsə də, əslində, 1994-cü ildə çıxmışıq. Mart-aprel aylarında qəzetimizin 6 sayı işıq üzü görmüşdü. Sadəcə, təcrübəsizliyimiz və senzuranın daha kəskin formada olması “Şərq”in fəaliyyətini davam etdirməyə imkan vermədi. Nəticədə “7 gün” qəzetindən ayrılan bir qrup gənc jurnalist elə həmin qəzetə qayıtdı. 

“Şərq”i 2 il sonra bərpa etdik və o gündən qəzetimiz ardıcıl nəşr olunmağa başladı. İlk dəfə 4 səhifə həcmində idik, 1997-ci ilin sonlarından həftədə 2 dəfəyə keçdik. Tədricən həftədə 3 dəfə olmaqla 8 səhifə və 16 səhifə çıxdıq. 2001-ci ilin martından isə qəzet həftədə 5 dəfə nəşr olunmağa başladı.


- “Şərq” oxucularda necə maraq oyatdı? 



- “Şərq” meydana çıxdığı dövrdə ölkəmizdə qəzet bolluğu yaşanırdı və bu bolluğun içində “Şərq” də görünməyə başladı. Gənclərin bir araya gəlməsi, müxtəlif maraqlı mövzular ətrafında yazılar, fərqli dünyagörüşü və qəzetin fərqli dizaynı oxucularda maraq oyatdı. Eyni zamanda həmin dönəm ölkədə partiyalı qəzetlər həddindən çox idi. Biz çalışdıq ki, müstəqil bir qəzet yaradaq və qismən də buna nail ola bildik. Bu gün də “Şərq” qəzeti ölkənin ictimai-siyasi proseslərinə təsiri olan qəzetlərdən biri kimi tanınır. Qəzetdə indiyə qədər 200-ə yaxın jurnalist çalışıb. Bu jurnalistlərin əksəriyyətinin ilk qələm təcrübəsi “Şərq”də keçib.


- “Şərq”in kollektivi haqqında nə söyləyə bilərsiniz?





- Qəzetdə çox sayda işinə peşəkarlıqla yanaşan jurnalistlər çalışıb, formalaşıblar. Vaxtilə qəzetdə çalışan insanların bir çoxu fəaliyyətlərini başqa-başqa KİV-lərdə davam etdirirlər. Eyni zamanda ayrı-ayrı dövlət strukturlarında çalışanlar var. Yusif Nəzərli, Kəmalə Namazova, Mahir Rüstəmli, Natiq Zeynalov qəzetdə çalışıblar. Sonrakı dönəmdə Məlahət Rzayeva, Vəfa Allahverdiyeva, Təranə Hüsüqızı, Yadigar Cəfərli, Rəşad Baxşəliyev, Anar Bayramoğlu, Nəsimi Cəfərli, Ayyət Əhməd, Seymur Qasımbəyli və çox tanınmış imzaları ölkə ictimaiyyətinə təqdim edə bildik. “Şərq”in tarixində maraqlı imzalar var.


- “Şərq”in tarixində ən pik nöqtə kimi hansı dövrü hesab edirsiniz?



- 1998-2001-ci illər qəzetimizin ən pik dövrü idi. 30 min tirajla nəşr olunurduq və demək olar ki, ölkədə reytinq göstəricisinə görə 1-2-ci yerləri bölüşürdük. Təbii ki, 2001-ci ildən sonrakı proseslər – çap mətbuatına oxucuların bu və ya digər dərəcədə inamının azalması və ya başqa səbəblər qəzetin tirajına və iş prosesinə təsir etdi.


- Bir çoxlarının da düşündüyü kimi qəzetlərə maraq azalıb. "Şərq” hansı yeniliklərlə qəzetlərə marağı artırmağı planlaşdırır?

- Biz müxtəlif vasitələrdən istifadə edirik ki, “Şərq” qəzeti yaşasın. Ümumiyyətlə, çap mediasının varlığı, onun yaşaması bizə lazımdır. Çünki bizdə klassik jurnalistika irsini yaşadacaq sadəcə çap mətbuatı var. Qəzetlərə marağın azalması təkcə Azərbaycanda deyil. Dünyada da qəzet satışı ilə bağlı problemlər yaşanır. Amma dünyada və yaxud qardaş Türkiyəni misal götürsək, onlarda qəzetçilik kəmiyyət və keyfiyyət etibarilə bizdən qat-qat yüksəkdir. Mən bu yaxınlarda Manisada idim. Manisa 1 milyon 500 min əhalisi olan bir yerdir. Burada 9 qəzet çıxır. Bunu başqa ölkələrin timsalında da görə bilərik. Qəzetlərə marağın azalması texnoloji proseslərlə yanaşı oxu mədəniyyəti ilə də bağlıdır. Çox təəssüflər olsun ki, Azərbaycanda oxu mədəniyyəti o qədər yüksək səviyyədə deyil.


- Hazırkı mediada durumu necə dəyərləndirirsiniz?

- Biz “Əkinçi”dən maarifçilik missiyasını götürmüşük. Bu missiyanı da müəyyən mənada apara bilirik. Əlbəttə, 150 il əvvəllə indiki dövrü  müqayisə etmək bizə müsbət təhlil üçün fakt vermir. Amma çalışırıq ki, Həsən bəy Zərdabinin qoyduğu irsi davam etdirək. Bu da kağız üzərində olan çap mətbuatı ilə bağlı olan bir məsələdir. Dövlət təbii ki, kömək edir, vəsait verir. Amma bu vəsaitlər bizim inkişafımız üçün yox, sadəcə, ayaqda qalmağımız üçün yetərlidir. Yetərli qədər maliyyə imkanları qazansaq, daha geniş fəaliyyət planı seçərdik və bu planların içərisində qəzetin saxlanılması ilə inkişafı ön planda olardı. Təəssüf ki, bu yoxdur.


- Gənc jurnalistlərə hansı tövsiyəniz var?

- “Şərq”də həmişə gənc jurnalistlər çalışıb. Biz gəncləşməyə önəm veririk. Gənclərə məsləhətim odur ki, özlərindən əvvəlki jurnalistika irsindən bəhrələnsinlər. İndiki jurnalistlər texnologiya imkanlarından yararlanma və istifadəyə görə köhnə nəsildən, jurnalistlərdən öndədirlər. Onlar çox oxumalı, əlavə dil bilgiləri olmalıdır. Bunlar olarsa, biz peşəkar jurnalist ordusu görə biləcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri