Maliyyə naziri: Hədəfimiz büdcə xərclərinin qeyri neft gəlirləri hesabına qarşılanmasıdır
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Hesabat ilində icra olunmuş 21.3 milyard manat məbləğində cari xərclərin 90% və ya 19.2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb. Bu bizim üçün çox önəmlidir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir əlavə edib ki, gələcək maliyyə sabitliyimizin, dayanıqlılığımızın qorunması baxımından əsas hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır:
"2024-cü ildə bu göstəricimiz 90 faiz olub. Biz 2026-cı ilin və növbəti 3 ilin büdcəsini təqdim edən zaman bu hədəfin üzərinə gələcəyik. Yaxın perspektivdə cari xərclərin 100 faizinin məhz qeyri-neft gəlirləri hesabına örtülməsini proqnozlaşdırırıq".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 May 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















