Icma.az
close
up
RU
Maliyyə naziri: Təhsil xərclərinin büdcədə payı yüksəkdir

Maliyyə naziri: Təhsil xərclərinin büdcədə payı yüksəkdir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin payı yüksəkdir.

"Cebheinfo.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bizdə bu rəqəm 12 %, dünyada isə orta hesabla 10 %, o cümlədən postsovet ölkələrində orta hesabla 9 %-dir. Yəni, bu göstərici üzrə də Azərbaycan büdcədə kifayət qədər təminat yaradıb", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, gələn il büdcədə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat və yaxud xərclərin 11,7 %-i qədər nəzərdə tutulur: "Sosial müdafiə və sosial təminat xərclərində, eləcə də səhiyyə xərclərində qiymətləndirməni düzgün aparmaq üçün icmal büdcə rəqəmlərinə baxmalıyıq. Çünki hər iki komponent üzrə xərclərin böyük bir hissəsi icmal büdcə çərçivəsində, yəni Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İcbari Tibbi Sığorta Fondu qismində proqnozlaşdırıldığına görə daha dolğun mənzərə icmal büdcəyə nəzər saldıqda görünür. Burdan məlum olur ki, sosial müdafiə və sosial təminat xərclərimizdə 2025-ci illə müqayisədə 7,5 %, yəni 834 milyon manat artım mövcuddur.

Sosial müavinətlərə 3,2 milyard manat, DSMF-yə dövlət öhdəliklərinin qarşılanması üçün transfer qismində 1,7 milyard manat, ünvanlı sosial yardım olaraq 465 milyon manat, ictimai işlər üçün isə 141 milyon manat dəyərində resurs zərfi nəzərdə tutulub. Səhiyyə xərclərimizə gəldikdə, bu, dövlət büdcəsində 2 milyard manat, icmal büdcəsində 3,7 milyard manat olmaqla proqnozlaşdırılır".

"Beləliklə, müqayisələrə baxsaq, icmal səhiyyə xərclərimiz 2025-ci ilə müqayisədə 6,4 % və yaxud 227 milyon manat çox, icmal səhiyyə xərclərimiz isə 10,7 % və yaxud 195 milyon manat çox proqnozlaşdırılıb. Ümumilikdə, son 5 ilə nəzər salsaq, dövlət büdcəsində səhiyyə xərcləri 43 %, icmal büdcəsində səhiyyə xərcləri isə 2,6 dəfə - artıb. Səhiyyə xərcləri ÜDM-in 2,7%-ni təşkil edir. MDB ölkələri ilə müqayisə etsə, bu, ən yüksək göstəricilərdən biridir.

Büdcəmizdə olan ən önəmli komponentlərdən biri müdafiə və milli təhlükəsizlik xidmətləri üzrə resurs zərfi 8,7 milyard manat təşkil edəcək. Bu da büdcəmizin 21 %-dir, kifayət qədər böyük rəqəmdir və son 5 ildə bu rəqəm 3,8 milyard manat artıb, 1,8 dəfəlik bir artımdır. Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi bizim ana hədəflərimizdən biridir və biz düşünürük ki, növbəti illərdə də bu istiqamətdə bütün zəruri resurs zərfi yaradılacaq.

İqtisadi fəaliyyət xərclərinə isə 2026-ci ildə 7,9 milyard manat və yaxud büdcənin 18,8 %-i yönəldiləcək. Son 5 ildə bu istiqamətə yönəldilən xərclər təqribən 9 milyard manat və yaxud 13 % artıb. Bu çərçivədə dövlət əsaslı vəsait qoyuluşu xərcləri 2,7 milyard manat, böyük qayıdış xərcləri 3,5 milyard manat, digər layihələrin xərcləri isə 1,7 milyard manat proqnozlaşdırılır. Bu istiqamətdə də əsaslı xərclərin büdcədə payına görə də Azərbaycan büdcəsi kifayət qədər geniş təminatlar nəzərdə tutur və dünya ortalamasının üzərindəyik.

Xüsusi olaraq nəzərə alsaq ki, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Bu xərclərin də maliyyə təminatı davamlı olaraq büdcədə nəzərdə tutulacaqdır. Bildiyiniz kimi, ölkə başçımızın müvafiq tapşırıqları ilə növbəti dövr üçün biz sosial-ticari inkişaf strategiyamızı və Böyük Qaydış proqramının növbəti mərhələsinə hazırlayırıq. Ona görə də orta müddətli bizim büdcə çərçivəmizdə də bu istiqamətlər tam şəkildə nəzərə alınıb",-deyə nazir əlavə edib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri