Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

Sumqayıt qatarı qəza törədib, ölən var

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Onlardan söz qoparmaq qeyri mümkündür

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Maliyyə sistemində yeni dövr başlayır?

Maliyyə sistemində yeni dövr başlayır?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə dünyada kriptovalyutalara maraq sürətlə artır. Bir çoxları bu rəqəmsal pulların gələcəkdə kağız pulları əvəz edəcəyini düşünür. Bəs doğrudan da kriptovalyuta gələcəyin pulu ola bilər?

Kriptovalyuta üzrə ekspert Elnur Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, kriptovalyutalar, xüsusilə Bitkoin və onun ardınca formalaşan minlərlə rəqəmsal aktiv təkcə texnoloji yenilik deyil, həm də pulun mahiyyəti və funksiyası haqqında ənənəvi anlayışları yenidən düşündürən bir fenomendir:

“Pulun əsas funksiyaları mübadilə vasitəsi, dəyər ölçüsü və dəyər saxlama vasitəsi olmaqla üç istiqamətdə qiymətləndirilir. Kriptovalyutalar bu funksiyaların bir qismini yerinə yetirə bilsə də, hələlik bütün funksiyalar üzrə sabit və universal vasitə kimi qəbul edilmir. Mübadilə vasitəsi kimi bir çox ölkədə, xüsusilə də inkişaf etmiş iqtisadiyyata malik dövlətlərdə kriptovalyutalarla ödəniş hüquqi statusa malik deyil. Lakin El Salvadorda Bitkoin rəsmi ödəniş vasitəsi kimi qəbul olunub. Bununla belə, kriptovalyutaların yüksək volatilliyi gündəlik ticarət əməliyyatları üçün sabitlik tələbini zəiflədir. Dəyər ölçüsü baxımından mərkəzləşdirilməmiş və hökumət nəzarətindən kənar struktur kriptovalyutaları siyasətdən azad edir, lakin bu həm də onları makroiqtisadi idarəetmə mexanizmlərindən uzaqlaşdırır. Nəticədə qiymətlərin proqnozlaşdırılması çətinləşir və sabit dəyər ölçüsü funksiyası məhdudlaşır. Dəyər saxlama vasitəsi kimi Bitkoin kimi aktivlər uzunmüddətli sərmayə və “rəqəmsal qızıl” konsepsiyası çərçivəsində cəlbedici görünür. İnflyasiyaya qarşı qorunma vasitəsi kimi istifadə tendensiyası artmaqdadır. Lakin bazar spekulyasiyası və tənzimləmə qeyri-müəyyənliyi bu rolu da riskli edir”.

E.Quliyev qeyd edib ki, kriptovalyutaların ən əsas xüsusiyyətlərindən biri onların qiymət volatilliyidir. Qiymət dəyişkənliyi həm texniki, həm də tələb-təklif amilli ilə bağlıdır:

“Təklif məhdud olsa da (məsələn, bitkoin üçün maksimum 21 milyon ədəd), tələbin qlobal səviyyədə investor psixologiyasından, makroiqtisadi xəbərlərdən və tənzimləmə qərarlarından asılı olması bazarda kəskin dalğalanmalara səbəb olur. Bu dəyişkənlik bir tərəfdən qısamüddətli gəlir axtaran investorlar üçün cəlbedici imkan yaradır, digər tərəfdən isə onu sabit pul vahidi kimi qəbul etməyi çətinləşdirir. Məsələn, 2021-ci ildə Bitkoinin qiyməti bir neçə ay ərzində 65 min dollardan 18 min dollara düşərək, yüksək gəlir potensialı ilə yanaşı, böyük risk faktorunu da nümayiş etdirdi”.

Ekspertin sözlərinə görə, mərkəzi bank rəqəmsal valyutaları (CBDC) kimi dövlət dəstəklı alternativlərin inkişafı göstərir ki, kriptovalyuta texnologiyası (blokçeyn) artıq pulun gələcəyi ilə bağlı qərarların mərkəzinə keçib:

“Bu baxımdan, kriptovalyutalar bəlkə də “gələcəyin pulu” deyil, amma gələcəyin pul sisteminin texnoloji əsasını təşkil edə bilər. Nəticə olaraq, kriptovalyutalar yaxın gələcəkdə tam mənada milli valyutaları əvəz etməsə də, qlobal maliyyə sistemində paralel rəqəmsal iqtisadiyyatın formalaşmasına təkan verir. Onların gələcəyin pulu olub-olmaması texnologiyanın deyil, daha çox tənzimləmə siyasətləri, ictimai etimad və makroiqtisadi sabitlik kimi faktorların necə inkişaf edəcəyindən asılı olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Oktyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see281

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see230

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see202

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see200

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see200

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see197

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see193

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see190

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see189

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see187

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see175

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see168

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see167

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see160

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see152

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see152

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see151

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see149

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see148

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri