Icma.az
close
up
RU
Müasir bank sistemində maliyyə savadlılığı

Müasir bank sistemində maliyyə savadlılığı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankı sosial inkişafı dəstəkləmək və maliyyə inklüzivliyini genişləndirmək üçün maliyyə savadlılığının artırılmasına xüsusi önəm verir. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanları daim genişləndirilir. Atılan addımların davamı olaraq qurum İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub. Mərkəzi Bankın Bazar davranışlarının tənzimlənməsi departamentinin direktoru Tamerlan Əliyev ilə söhbət zamanı Bankın bu sahədə əldə edəcəyi yenilikləri müzakirə etdik.

– Tamerlan müəllim, Azərbaycan Mərkəzi Bankının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (İƏİTBMSŞ) qoşulması ölkəmizin maliyyə sisteminə hansı yeni imkanlar qazandıracaq?

– “Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkə” (INFE) 2002-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr tərəfindən yaradılıb, 2008-ci ildən isə digər ölkələrin də qoşula bildiyi platformaya çevrilib. INFE maliyyə savadlılığı sahəsində siyasətlərin hazırlanması, təcrübə mübadiləsi və beynəlxalq səviyyədə müqayisə edilə bilən məlumatların toplanması üçün dövlət qurumlarını və digər tərəfləri bir araya gətirir.

Azərbaycan Mərkəzi Bankının bu təşkilata tamhüquqlu üzv kimi qoşulması texniki komitələrdə və simpoziumlarda iştirak imkanı verir, həmçinin siyasət sənədlərinin hazırlanmasında iştirak etmək üçün şərait yaradır. Bu iştirak yerli proqramların beynəlxalq təcrübə ilə daha erkən müqayisə edilməsinə və uyğunlaşdırılmasına imkan açır.

– “Rəqəmsal maliyyə savadlılığı” istiqamətində beynəlxalq əməkdaşlıq çərçivəsində hansı konkret addımların atılması planlaşdırılır?

– Beynəlxalq əməkdaşlıq çərçivəsində vətəndaşların rəqəmsal maliyyə bacarıqlarının ölçülməsi beynəlxalq standartlara uyğun aparıla bilər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsi tərəfindən hazırlanmış sorğu alətləri bu sahədə geniş istifadə olunur və ölkələr arasında məlumatlılıq səviyyəsinin müqayisəli təhlilini aparmağa şərait yaradır.

Artıq bir sıra OECD ölkələri sorğu nəticələrinə əsasən hazırladıqları Rəqəmsal maliyyə savadlılığı strategiyasını icra etməkdədir. Yaxın dövrdə bu ölkələrin təcrübəsi ilə daha yaxından tanış olub, bu təcrübənin Azərbaycanda tətbiqinə dair ilkin addımların atılması nəzərdə tutulmuşdur.

– İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsi çərçivəsində əldə edilən qabaqcıl təcrübələrin Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə necə təsir göstərəcəyi gözlənilir?

– Maliyyə savadlılığı proqramları maliyyə inklüzivliyinin genişləndirilməsində mühüm rol oynayır, çünki bilik və bacarıqların artırılması vətəndaşların maliyyə xidmətlərinə marağını və inamını gücləndirir. Rəqəmsal texnologiyaların inkişafı nəticəsində bank, sığorta və digər maliyyə xidmətlərinə çıxış daha da asanlaşır və məhdudiyyətlər azalır.

İƏİTBMSŞ çərçivəsində əldə edilən qabaqcıl təcrübələrin öyrənilməsi müxtəlif hədəf qrupları – fiziki məhdudiyyətli şəxslər, qadınlar, gənclər, kiçik sahibkarlar və ucqar bölgələrdə yaşayan əhali üçün xüsusi proqramların hazırlanmasına imkan verə bilər. Bu proqramlar həmin qrupların maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirərək həm fərdi səviyyədə rifahın yüksəldilməsinə, həm də ümumilikdə maliyyə bazarlarının daha geniş əhatəyə malik olmasına şərait yarada bilər.

Bundan əlavə, beynəlxalq təcrübələrin tətbiqi inklüzivlik istiqamətində ölçmə və qiymətləndirmə mexanizmlərinin də təkmilləşdirilməsinə dəstək ola bilər. Bu isə həm mövcud boşluqların daha dəqiq müəyyən edilməsinə, həm də gələcəkdə daha hədəflənmiş və effektiv siyasətlərin formalaşdırılmasına imkan yaradacaq.

– Maliyyə savadlılığı proqramlarının beynəlxalq standartlara uyğun tətbiqi və qiymətləndirilməsi yerli ictimaiyyət və xüsusilə gənclər üçün hansı üstünlüklər yaradacaq?

– Beynəlxalq standartlara uyğun maliyyə savadlılığı proqramlarının tətbiqi ilk növbədə gənclərin maliyyə qərarvermə bacarıqlarını gücləndirir. Onlar büdcə planlaması, məsuliyyətli borclanma və qənaət vərdişlərini erkən yaşlardan qazanaraq uzun müddət həyatlarında tətbiq edir, həmçinin rəqəmsal maliyyə təhlükəsizliyi sahəsində daha şüurlu davranırlar.

Maliyyə savadlılığı insanlara həyatın müxtəlif anlarında – təhsil, ailə qurmaq, əmlak almaq, biznesə başlamaq və ya pensiyaya hazırlaşmaq kimi mərhələlərdə daha düzgün maliyyə qərarları verməyə kömək edir. Bu bacarıqlar fərdlərin maliyyə sabitliyini gücləndirməklə yanaşı, onların rifahına da birbaşa təsir göstərir.

Belə proqramlar, eyni zamanda cəmiyyətin ümumi maliyyə sağlamlığını yaxşılaşdırır: borclanma yükü azalır, yığım səviyyəsi artır, iqtisadi dayanıqlıq möhkəmlənir. Beynəlxalq qiymətləndirmə metodologiyalarının tətbiqi isə proqramların effektivliyini ölçməyə, zəif tərəfləri müəyyənləşdirib mütəmadi təkmilləşdirməyə imkan verir. Nəticədə həm gənclər, həm də geniş ictimaiyyət maliyyə qərarlarını daha məsuliyyətli və məlumatlı şəkildə qəbul edir.

– Mərkəzi Bankın beynəlxalq siyasət sənədlərinin hazırlanması prosesində iştirak etməsi milli maliyyə siyasətinin formalaşmasına hansı əlavə dəyəri verəcək?

– Beynəlxalq siyasət sənədlərinin hazırlanmasında iştirak yerli maliyyə siyasətinin qlobal təcrübə ilə müqayisə edilməsinə və uyğunlaşdırılmasına şərait yaradır. Bu, ən yaxşı təcrübələrin öyrənilməsi və ölkə şəraitinə uyğunlaşdırılması üçün imkan açır.

Bununla yanaşı, beynəlxalq əməkdaşlıq Azərbaycanın maliyyə sahəsində mövqeyinin daha yaxşı tanınmasına dəstək olur və xarici tərəfdaşlarla əlaqələrin genişlənməsinə şərait yaradır.

– Maraqlı müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı:
Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri