Manafdan Çimnazın dəfnində gündəm olan fikrinə AÇIQLAMA SƏSYAZISI
Aktrisa Çimnaz Sultanovanın dəfn mərasimində müğənni Manaf Ağayevin fikirləri müzakirə mövzusuna çevrilib. Jurnalistlərə açqılamasında aktrisanın son durumundan danışan müğənni onun xəstə olduğunu, lakin "rəhmətə getdiyi haqqında mənə deməyib" cümləsini işlədib. Bu cümlə sosial şəbəkədə rişxəndlə qarşılanıb.
Bizim.Media xəbər verir ki, bu barədə açıqlama verən Manaf Ağayev fikrinin səhv anlaşdığını deyib:
MÖVZU İLƏ BAĞLI:
BSM-dən Manaf Ağayevin dediklərinə SƏRT CAVAB: "Sağ adam rəhmətə getməyi barədə məlumat verə bilməz"
“Bir az şey çıxıb, düz eləməmişəm. Jurnalistlər yeriyə-yeriyə qabağıma tökülüşdülər. Bəllidi ki, ölən demir ki, mən ölüyəm. Demək istəyirdim ki, demədi ki, mən ölürəm. Yəni dedi, yaxşıya doğru gedirəm”.
Bizim.Media
Baxış sayı:23
Mənbə:https://bizim.media