Icma.az
close
up
RU
Manat dollar məzənnəsinin dəyişməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Manat dollar məzənnəsinin dəyişməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2025-ci il avqustun 1-dən etibarən Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün valyuta risklərini minimuma endirəcək yeni maliyyə aləti tətbiq olunacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən təqdim ediləcək və geri çağırılmayan forvard müqaviləsi əsasında işləyəcək valyuta hedcinq (hedging) aləti xarici valyutada alınan kreditlərin manata çevrilməsi zamanı yaranan riskləri aradan qaldırmağa imkan verəcək. Yeni mexanizm xüsusilə kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub və onların ucuz maliyyə resurslarına çıxışını asanlaşdıracaq.

Ekspert qeyd edib ki, əgər bir bank və ya şirkət xarici maliyyə bazarlarından dollar və ya avro ilə vəsait cəlb edərsə, bu vəsaiti Mərkəzi Bank vasitəsilə manata çevirərək yerli sahibkarlara təqdim edə biləcək. Bu zaman manat-dollar məzənnəsinin dəyişməsi ilə bağlı risklər Mərkəzi Bankın üzərinə düşəcək.

“Əsas məsələ manatın dollara qarşı dəyişmə ehtimalıdır. Dolların digər valyutalara qarşı dəyəri burada rol oynamır. Yeni alət bu riski siğortalamaqla sahibkarların yükünü azaldır”, – deyə Xalid Kərimli vurğulayıb.

O, əlavə edib ki, proqram 3 il müddətinə, 600 milyon dollarlıq limit çərçivəsində həyata keçiriləcək.

“Hər bir bank və BOKT üçün müəyyən kvotalar ayrılacaq. Kreditlər birillik veriləcək və Mərkəzi Bankın onları uzatmamaq hüququ olacaq. Bu, idarə olunan risk mexanizmidir.
Bu alət sayəsində banklar valyuta riskindən azad olacaq və xarici bazarlardan vəsait cəlbinə daha açıq davranacaqlar. Proqram çərçivəsində Mərkəzi Bank da gəlir əldə edəcək. Bu gəlir 3 faizə qədər ola bilər”.

Qeyd edək ki, 2015–2016-cı illərdə Azərbaycanda baş verən devalvasiyalardan sonra valyuta ilə kredit götürmək riskli hesab olunurdu. Yeni hedcinq aləti bu risklərin azaldılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri