Icma.az
close
up
RU
Manatın məzənnəsi ilə bağlı KRİTİK AÇIQLAMA

Manatın məzənnəsi ilə bağlı KRİTİK AÇIQLAMA

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.

FED-in qərarı bazar gözləntiləri ilə üst-üstə düşüb. CME birjası tərəfindən hesablanan "FedWatch”in məlumatına görə, məzənnənin saxlanma ehtimalı 99,9 % təşkil edib. Qeyd edək ki, hazırda qlobal siyasi böhranın mövcud olması fonunda dünyanı iqtisadi böhranın bürüyəcəyi xəbərdarlıqları da eşidilməkdədir.

Belə bir vəziyyətdə FED dolların uçot dərəcəsini sabit saxladı.

Görəsən, bu fonda Azərbaycan manatını nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL-ın sədri Natiq Cəfərli bildirir ki, FED-in sözügedən qərarının manata heç bir təsiri olmayacaq:

“FED-in uçot dərəcəsini azaltmaqla bağlı Tramp adminstrasiyası tərəfindən basqı var. FED isə bu basqıya rəğmən uçot dərəcəsini azaltmadı və əvvəlki mövcud səviyyədə saxladı. Bu ondan xəbər verir ki, son aylarda dollar indeksində ucuzlaşma baş verirdi. Son dövrlər dollar xeyli ucuzlaşıb. 1 avro 1,05 sentdən, 1, 15 sentə qədər artıb. Bu nöqteyi-nəzərdən FED-in atdığı addımların məntiqi var. İnflyasiya ilə mübarizəyə görə faizləri aşağı çəkmədi”.

Bununla belə ekspert düşünür ki, 45 gündən sonra olacaq növbəti toplantısında FED faizləri endirəcək:

“Çünki Tramp adminstrasiyası bununla bağlı FED-ə ciddi basqı edir”.

Həmsöhbətimizə görə, atılan addımın Azərbaycan manatına isə heç bir təsiri olmayacaq:

“Ölkəmizdə məzənnə inzibati qaydada tənzimlənir. Ona görə də FED-in uçot dərəcəsinin aşağı və ya yuxarı olmasının, dünyada gedən proseslərin manata birbaşa hansısa təsiri olmur.

Manata təsir edən yeganə məsələ neftin qiymətidir. Neftin qiyməti isə geosiyasi gərginliklə bağlı olaraq hələlik komfortlu zonadadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri